02 Avqust 2020 18:19
518
SİYASƏT
A- A+

Azərbaycan Müdafiə Nazirliyi: General-mayor Polad Həşimovun həlak olması ilə bağlı manipulyasiyalar şəhidlərimizin ruhuna hörmətsizlikdir


General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, videomaterialda 2016-cı ilin Aprel əməliyyatları ilə bağlı iddialara cavab olaraq bildiririk ki, nəinki Talış kəndi istiqamətində, o cümlədən azad edilmiş heç bir yüksəklikdən bir addım da geri çəkilmə olmayıb və həmin yüksəkliklərə sancılan Azərbaycan bayraqları bu gün də orada dalğalanır.

Videoda general-mayor P.Həşimovun şəhid olması ilə bağlı irəli sürülən fərziyyələri qəti surətdə rədd edir və bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndiririk. İddia edildiyi kimi general "cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub. Buna görə də həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir.

Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək, təmsil olunduqları media orqanlarında qeyri-peşəkar açıqlamalara, təhrif olunmuş və yanlış fikirlərə yer ayırmamağı, ümumilikdə şəhidlərlə bağlı yayılan xəbərlərə xüsusi həssaslıqla yanaşmalarını və daha konstruktiv mövqe nümayiş etdirmələrini tövsiyə edirik.

Müdafiə Nazirliyi mediamızdan və sosial şəbəkə istifadəçilərindən şəhidlərə və onların ailələrinə hörmət, hərbi qulluqçularımızın vətənpərvərlik ruhunun və döyüş əzminin yüksəldilməsinə xidmət edən çıxışlar gözləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video