Alternative content

15:41 10 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Arab News” qəzetində Türkiyənin sabiq Xarici İşlər nazirinin Ermənistanın son hərbi təxribatı haqqında məqaləsi dərc olunub
Arab News” qəzetində Türkiyənin sabiq Xarici İşlər nazirinin Ermənistanın son hərbi təxribatı haqqında məqaləsi dərc olunub
ANA SƏHİFƏ / SİYASƏT
22:26 01.08.2020

Səudiyyə Ərəbistanı Krallığının ingilis dilində nəşr olunan "Arab News” qəzetində Türkiyənin sabiq Xarici İşlər naziri Yaşar Yakışın "Türkiyə Azərbaycan-Ermənistan qarşıdurmalarının dolayı yolla hədəfi ola bilər” sərlövhəli analitik məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmaların bir azərbaycanlı leytenantın, dörd əsgərin ölümü ilə nəticələndiyi və iki gün sonra yenidən başlayan qarşıdurmalarda bir general və yeddi əsgərin həlak olduğu, habelə qeyri-müəyyən sayda erməni hərbçilərinin öldürüldüyü bildirilir. Müəllif qeyd edir ki, Sovet İttifaqının parçalanmasından sonra bu iki Cənubi Qafqaz ölkəsi arasında hərbi münasibətlər həmişə gərgin olub, münaqişənin səbəbi isə Azərbaycanın Dağlıq Qarabağ vilayətidir. Belə ki, 1923-cü ildə İosif Stalin tərəfindən Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti (inzibati bölgəsi) yaradılıb və 1989-cu ildə Sovet İttifaqının dağılması ərəfəsində Qarabağda yaşayan ermənilər vilayətin Azərbaycandan Ermənistana verilməsini tələb etməyə başlayıblar.

Məqalədə hərbi toqquşmaların 1980-ci illərin sonu - 1994-cü ilin may ayları arasında baş verdiyini və nəticədə Ermənistanın Dağlıq Qarabağla yanaşı, Azərbaycanın daha yeddi rayonunu işğal etdiyi bildirilib. Qeyd olunub ki, atəşkəsin əldə edilməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa tərəfindən vasitəçilik səylərinin göstərilməsinə baxmayaraq, atəşkəs rejimi tez-tez pozulur. Əvvəllər bu hallar daha çox Azərbaycanın işğal olunmuş ərazilərində düşmən ordusu ilə təmas xəttində baş verirdi. Lakin ən son toqquşmalar işğal altındakı Dağlıq Qarabağ bölgəsindən uzaqda - strateji əhəmiyyətli boru kəmərlərinin, beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin (Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Türkiyə-Gürcüstan-Azərbaycan magistral yolu və Trans-Anadolu qaz kəməri) keçdiyi əraziyə yaxın olan Tovuz rayonunda baş verib. Belə strateji əhəmiyyətli bir qovşaq, təbii ki, vacib hərbi hədəfdir.

Y.Yakış vurğulayıb ki, işğalçı Ermənistan regionda həyata keçirilən transmilli layihələrdən, xüsusən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən kənarda qalıb. Onun daxil olmadığı digər böyük infrastruktur layihəsi Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu, doqquz ölkənin Türkiyə, Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Fransa, Yaponiya, İtaliya və Hindistanın neft şirkətlərinin tərəfdaşlığını əhatə edir. Layihənin müddəti 40 ildir və gündəlik 1 milyon barel Azərbaycan nefti Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanına daşınır. Halbuki bu kəmərin Ermənistan ərazisindən keçməsi daha qısa və sərfəli ola bilərdi, lakin nə Türkiyə, nə də Azərbaycan Yerevanı layihəyə cəlb etmək istəmədilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev boru kəməri ilə əlaqədar konsorsiumun təsis edilməsinə dair aparılan danışıqlar zamanı bildirib ki, bu layihənin reallaşacağı halda qaranlıq gələcəyə sahib ermənilərin tam təcrid olunması ilə nəticələnəcək.

Yazıda Ermənistanın kənarda qaldığı üçüncü böyük infrastruktur layihəsinin TANAP olduğu, onun Türkiyənin tələbatının əhəmiyyətli hissəsini qarşıladığı və qazın müəyyən hissəsinin isə Avropa ölkələrinə ixrac ediləcəyi qeyd olunub.

Məqalədə iyul döyüşlərinin Tovuzun dinc sakinləri üçün qeyri-sabitlik yaratmaqla yanaşı, bu strateji ərazidə Türkiyə və Azərbaycanın iqtisadi maraqlarının təhdid olunmasına səbəb ola biləcəyi vurğulanıb. Müəllif bildirib ki, Ermənistanın Suriya, Liviya və İraqda hərbi əməliyyatlar aparan Ankaranın bu regionda yeni bir döyüş cəbhəsini açmaq üçün hərbi ehtiyatlarını sərf edə bilməyəcəyi və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana təzyiq göstərəcəyi düşüncəsi tamamilə yanlışdır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM