Alternative content

15:33 10 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan sülhə nail olmaq istəyirsə, silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoymalıdır
Ermənistan sülhə nail olmaq istəyirsə, silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoymalıdır
ANA SƏHİFƏ / SİYASƏT
21:42 01.08.2020

Ötən gün Ermənistan xarici işlər naziri Z.Mnatsakanyanın Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimin qondarma "naziri” ilə görüşündə Azərbaycan-Ermənistan dövlət sərhədində təcavüzkar Ermənistanın hücum cəhdini müzakirə etməsi bu ölkənin növbəti təxribatçı addımıdır.

AZƏRTAC xəbər verir ki, bunu KİV-lərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Leyla Abdullayeva deyib: "Aydındır ki, qondarma qurumla oyuncaq görüşün keçirilməsi özünü aldatmaqdan başqa bir şey deyildir. O ki qaldı, gərginliyin azaldılması və atəşkəsə riayət olunması məsələsinə, atəşkəs münaqişənin həlli deyil. Atəşkəsin məqsədi münaqişənin əsas fəsadlarının aradan qaldırılması, ilk növbədə isə beynəlxalq birliyin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması üçün hərtərəfli və mahiyyət üzrə danışıqların başlanmasına zəmin yaradılmasından ibarətdir.

Atəşkəs mexanizmləri Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması çərçivəsində texniki məsələ kimi nəzərdən keçirilməlidir.

Əgər Ermənistan həqiqətən sülhə nail olmaq istəyirsə, o zaman atəşkəsin pozulmasının səbəbi olan Ermənistanın işğal faktına və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoymalıdır”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM