Alternative content

16:20 10 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyan rusofobiyada ittihamlardan yaxa qurtarmağa çalışır
Paşinyan rusofobiyada ittihamlardan yaxa qurtarmağa çalışır
ANA SƏHİFƏ / SİYASƏT
21:01 31.07.2020

İyulun 30-da "Politnavigator” saytında Aleksandr Rostovtsevin "Paşinyan rusofobiyada ittihamlardan yaxa qurtarmağa çalışır” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC həmin məqaləni ixtisarla təqdim edir.

X X X

İyulun 18-də rusiyalı jurnalist Marqarita Simonyan öz "Telegram-kanal”ında Paşinyan administrasiyasına müraciət edib, "İnqilabçı” siyasi xadimləri Rusiyaya xəyanətdə, rusofobiyanın yayılmasında, əsas məsələlərdə şimaldakı müttəfiqlərindən tam asılı olmaqda ittiham edib.

Müraciətin mətni çox emosional alınıb və Paşinyanın, onun ətrafındakıların siyasətinin ağrılı yerlərinə toxunub. Rusiyalı jurnalisti sosial şəbəkələrdə sıxışdırmağa başlamış erməni maydaunlar dərhal Simonyana hücum ediblər. Ona öz soyadını dəyişmək, özünü daha erməni hesab etməmək, Ermənistanı həmişəlik unutmaq, ən yaxşısı – "böyük erməni millətini biabır etməmək” üçün sakitcə yoxa çıxmaq təklif edilib.

Paşinyana dəstək qrupundakı şərhçilərin əksəriyyətinin fikrincə Simonyanın prinsip etibarilə özünü erməni hesab etməyə haqq yoxdur, çünki özünün etiraf etdiyi kimi erməni dilini bilmir və Rusiyanı özünün vətəni hesab edir. Bu qatı millətçilərin fikrincə, "əsl ermənilər” harada yaşamalarından asılı olmayaraq yalnız Ermənistanı özlərinin vətəni hesab edirlər.

Paşinyanın qatı millətçi tərəfdarlarının məntiqinə görə Şarl Aznavur, müğənni Şer, tennisçi Andre Aqassi və öz əcdadlarının dilini bilməyən və Ermənistanı yalnız televiziyada xəbərlərə baxarkən xatırlayan bir sıra başqa məşhur diaspor nümayəndələrini ermənilərin siyahısından çıxarmaq lazımdır, lakin bu halda "əsl ermənilərin” qürurlanması üçün səbəb qalmayacaq, çünki onlar öz siyasi kumirləri ilə bərabər heç kimdirlər və onları necə adlandırmağı bilən yoxdur.

"Kavkazskiy uzel” portalının siyasi şərhçisi və jurnalist Karen Mirzoyan Simonyana və bütün Rusiyaya ünvanlanmış isterik, cəfəng və təhqirlərlə dolu cavab dərc etdirib. Diskussiyada belə üsuldan adətən dikbaş uşağı danlamaq üçün yaşlı əmisinin mövqeyindən tətbiq edilir. Paşinyan deyib: "Rusiyada başa düşməlidirlər ki, Ermənistanda Rusiyanın müttəfiqi nə Paşinyandır, nə Petrosyan, nə Poqosyan, nə Sarkisyan, nə də Koçaryan. Rusiyanın müttəfiqi və tərəfdaşı erməni xalqıdır. Bu, çox mühüm məqamdır”.

Belə təsəvvür yaranır ki, ya Marqarita Simonyanın müraciətini Paşinyan üçün pis tərcümə ediblər, ya da Paşinyan rus dilində çox pis bilir. Məsələ burasındadır ki, Simonyanın müraciətində Ermənistan xalqına heç bir irad yoxdur və Paşinyanın izahatı olmadan da məlumdur ki, Ermənistan xalqı Rusiyanın müttəfiqi və tərəfdaşıdır.

Paşinyanın rəhbərlik etdiyi Ermənistanda mühüm vəzifələrə yerləşdirilmiş oyuncaq fiqurların ipini dartmaqda Sorosa heç kəs mane olmur. Ermənistan hökumətində Rusiyaya rəğbət bəsləyən adamlar demək olar ki, qalmayıb. Respublika Parlamentində yeganə şərti rusiyapərəst fraksiya Qagik Sarukyanın "Çiçəklənən Ermənistan” fraksiyasıdır, lakin bu fraksiyanın liderini 2020-ci ilin iyununda deputat toxunulmazlığından məhrum ediblər ki, müxalifətçiyə qarşı cinayət işi qaldırmaq mümkün olsun.

Belə çıxır ki, Paşinyan "Ermənistan xalqı” dedikdə yalnız öz məsləkdaşlarını, pərəstişkarlarını və Qərbin təsir agentlərini nəzərdə tutur.

Dağlıq Qarabağın tanınması problemində nüanslar çoxdur. Məsələn, bu tanınmamış qondarma respublika Azərbaycan ilə müharibə nəticəsində Ermənistanın köməyi ilə Azərbaycanın bir neçə rayonunu tutaraq öz tərkibinə daxil edib, halbuki həmin rayonlar heç vaxt Ermənistanın və ya Dağlıq Qarabağın tərkibində olmayıb.

Digər tərəfdən qrant həvəskarlarının "sizin pullarınız xatirinə hər bir şıltaqlığınıza dözərik” prinsiplərini nəzərə alsaq Paşinyanın ətrafındakıların beynində kök salmış ikiqütblülük mövqeyinə heyrətlənməyə dəyməz.

Beləliklə, Paşinyan öz səhvlərini etiraf etmək və məsuliyyəti öz sələflərinin üzərinə yıxmaq əvəzinə bir daha Rusiyaya düşmən münasibətini sübut edib, rusiyalı jurnalist xanımı diplomatik formada da olsa təqib edənlərə qoşulub. Hərçənd, başqa cür ola da bilməzdi. Axı maydaun – diaqnozdur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM