Alternative content

22:03 09 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirusa yoluxanların sayında azalma tendensiyası davam edərsə, sərt karantin rejimi yumşaldıla bilər
Koronavirusa yoluxanların sayında azalma tendensiyası davam edərsə, sərt karantin rejimi yumşaldıla bilər
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:24 31.07.2020

Yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı azalan tendensiya ilə davam edərsə, Azərbaycanda sərt karantin rejimi yumşaldıla bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev söyləyib.

Yumşaldılma ilə bağlı qərarın aidiyyəti qurumlar tərəfindən vəziyyətin dəyərləndirilməsindən sonra açıqlanacağını deyən V.Əliyev bildirib: "Bütün dünyada müəyyən müddətdən sonra karantin rejiminin sərt formasından yumşaq formasına keçmək haqqında qərarlar qəbul edilir, onun şərtləri daha da yumşaldılır. Ölkəmizdə müvafiq qurumlar mövcud vəziyyəti dəyərləndirdikdən sonra yumşaldılmalara gedilə bilər. Yumşaldılmaya gedilsə belə, ehtiyatı əldən vermək olmaz. Çünki virus hələ də həyatımızdadır. Vətəndaşlar yenə də maska taxmalı, sosial məsafə prinsipinə və gigiyenik qaydalara mütləq əməl etməlidirlər. Xüsusilə COVID-19 infeksiyasından sağalanlar daha diqqətli olmalıdırlar. Çünki növbəti dəfə də virusa yoluxma riski var. Ona görə də ehtiyatı əldən verməmək və profilaktik tədbirlərə hər zaman riayət etmək lazımdır. Qapalı məkanlarda maska taxmaq zəruridir. Açıq havada isə buna ehtiyac yoxdur. Şəxsi gigiyena qaydalarına əməl etmək, sosial məsafəni gözləmək vacibdir. Bununla da virusdan qorunmaq olar. Vətəndaşlar sadalanan tələblərə əməl etsələr, yoluxma ən minimum həddə enəcək. Bu isə sərt karantin qaydalarının yumşaldılmasına səbəb ola bilər. Karantin rejiminin yumşaldılması bir növ vətəndaşların öz əlindədir”.

Qeyd edək ki, bəzi şəhər və rayonlarda tətbiq edilən sərtləşdirilmiş karantin rejimi avqust 5-də, ölkə üzrə xüsusi karantin rejimi isə avqustun 31-də sona çatacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM