Alternative content

18:07 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Los-Anceles polisi erməni lobbisinin yalanlarını ifşa edib
Los-Anceles polisi erməni lobbisinin yalanlarını ifşa edib
ANA SƏHİFƏ / SİYASƏT
09:43 31.07.2020

İyulun 21-də yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı amerikalı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarətlər yetirib. Los-Anceles Polis İdarəsi hazırda azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılığı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırır.

Bu cinayətdən diqqəti yayındırmaq məqsədilə aksiyanın təşkilatçıları olan Amerika Erməni Milli Komitəsi (ANCA) və Erməni Gənclər Federasiyası (AYF) dünəndən bəri sosial media platformalarında guya azərbaycanlıların aksiya yerinə müxtəlif silahlarla gəldiklərini iddia ediblər. Təşkilatçılar azərbaycanlıların aksiyanın əvvəlindən silahlı olduqlarını, bununla bağlı polisə məlumat verdiklərini, polisin onların silahlarını müsadirə etdiyini, ancaq aksiya gedə-gedə onlara geri qaytardığını iddia ediblər. Göründüyü kimi, Azərbaycan icmasının üzvlərinə qarşı zorakılıq törətmiş erməni quldurlarını alçaqcasına müdafiə edən və məsuliyyətdən yayınmağa çalışan erməni lobbisi özlərini bu hadisədə də qurban kimi təqdim etməyə çalışırlar.

Bu yalan iddialar səsləndirilən kimi, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu və buradakı Azərbaycan icmasının apardığı dəqiq və ətraflı araşdırma nəticəsində, iddia olunan silahların (mişar, çəkic və digər alətlər) məhz bir radikal erməni daşnakı tərəfindən aksiya yerinə gətirildiyi məlum olub. Həmin erməninin öz maşını ilə bir neçə dəfə azərbaycanlı nümayişçilərin dayandığı yerdən keçdiyi və təxribat törətmək məqsədilə onların üzərinə həmin alətləri atdığı aşkar edilib. Baş Konsulluq həmin şəxsin bu hərəkətləri və onun maşınının əks olundu videogörüntüləri qısa film şəklində dərhal hazırlayaraq sosial şəbəkə hesablarında paylaşıb: https://twitter.com/azconsulatela/status/1288695344050475008?s=20&fbclid=IwAR192gzOCGMjyns3VrFjyHT84O_SQ_VZFQkuDHgnhqXtpTerfCVidg8KQ0Q Baş Konsulluq həmçinin bu məlumatı və həmin maşının nömrəsini LAPD-yə bildirib.

Bundan əlavə, Baş konsul Nəsimi Ağayev erməni lobbisinin azərbaycanlı icma üzvlərimizə qarşı qaldırdığı yalan iddialarla bağlı Los-Anceles Polis İdarəsinə müraciət edərək onlardan məsələ ilə bağlı açıqlama istəyib. Buna cavab olaraq, 21 iyul hadisəsi zamanı polis qüvvələrinə rəhbərlik etmiş, idarənin Qərbi Los-Anceles bölməsinin rəisi Rendi Qodard "Twitter” sosial şəbəkəsində guya azərbaycanlı icma üzvlərimizin mişar, çəkic, bıçaq və metal çubuq kimi alətlərlə silahlanmalarına dair iddiaları nəzərdən keçirdiyini və bunun qəti şəkildə doğru olmadığını vurğulayıb. O, polis əməkdaşlarının azərbaycanlılar üzərində hər hansı silah görmədiklərini və onlardan heç bir silahı müsadirə etmədiklərini də diqqətə çatdırıb. Həmçinin polisin adına ləkə gətirən bu iddialardan məyus olduğunu dilə gətirib.

Beləliklə, radikal erməni lobbisinin daha bir yalanının üstü açılmış oldu.

Göründüyü kimi, erməni lobbisi nə qədər çalışsa da, həqiqəti dəyişə bilmir: erməni daşnakları Azərbaycan icmasının üzvlərinə hücum edərək, onlara qarşı açıq-aşkar nifrət zəminində cinayət törədiblər. Həqiqət gec-tez qalib gəlir!




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM