Alternative content

05:50 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
02:09 13.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanın ən gözəl bulvarı Bakıdadır
Dünyanın ən gözəl bulvarı Bakıdadır
ANA SƏHİFƏ / Mədəniyyət
03:29 31.07.2020


"Bakı bulvarı, mən şəxsən belə hesab edirəm ki, dünyanın ən gözəl bulvarıdır. Ən gözəl bulvarlarından biri deyil, ən gözəl bulvarıdır. Həm təbii vəziyyətinə, həm abadlıq işlərinə, müasirliyinə, insanlar üçün yaradılmış rahatlığına görə. Bakının gözəlliyi bənzərsizdir, təkrarolunmazdır”.

İlham ƏLİYEV


Millilikdən müasirliyədək


Bir çox tarixi mənbələrə əsasən, Bakı bulvarının tikintisinə 1909-cu ildə başlanıb. Ötən 111 il ərzində bulvar ərazisinin forması dəfələrlə dəyişib. Müxtəlif tikinti işləri aparılıb, sahəsi genişləndirilib. Dənizkənarı Milli Parkın ərazisi köhnə, yeni və Ağ Şəhər bulvarı olmaqla, 3 hissəyə ayrılıb. 1998-ci ildən Dənizkənarı Bulvar Milli Park statusunu daşıyır. Hazırda parkın uzunluğu 16 km.-dir və gələcəkdə ərazisinin 25 kilometrə çatdırılması nəzərdə tutulur.

Milli Parkın ötən il 110 illiyi qeyd ediləndə onun tarixini əks etdirən fotosərgi açılmışdı. XX əsrdə bir çox tanınmış yerli və əcnəbi fotoqrafların lentə aldığı fotoşəkillər orada nümayiş olunurdu. Həmin sərgidə Bakı bulvarının 1860-1990-cı illəri əhatə edən tarixi ilə bağlı 100-dən artıq nadir tapıntı hasab edilən şəkillərdə bulvarın dənizdən çəkilmiş ilk fotosu da vardı...

Bakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılıb. Həmin dövrdə esplanadanın inşası aparılırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. 1860-cı ildən sonra "Qafqaz və Merkuri” paroxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirir. Bu qurğuların inşası nəticəsində sahil zolağı 2 hissəyə bölünür: qərb istiqamətində, qala boyunca - Aleksandrovski sahili, şərq istiqamətində - Bolşaya Morskaya prospektinə qədər Petrovski sahili.


Sahil küçəsinin salınması


Sahildə aparılan işlərlə bağlı ilk addımlar 1868-ci ilədək Bakı şəhərinin memarı olmuş Qasım bəy Hacıbababəyov tərəfindən atılıb. 1860-cı ildə dəniz tərəfdən qala divarının sökülməsindən sonra sahil zolağı nizamlanıb və o zaman imperator II Aleksandrın adını daşıyan sahil küçəsi, yəni bulvar küçəsi 1865-1868-ci illərdə salınıb. Şəhərin sürətli inkişafına 1863-cü ildə icazə verilib.1867-ci ildə bu ərazidə su kəməri çəkilib, fontan və digər tikililər də inşa edilib. Bundan sonra dəniz sahili bulvar statusu alıb və şəhərin incisinə çevrilib. Bu dövrə sahilboyu ərazidə ilk evlərin tikilməsi də aiddir.

1902-ci ildə Şəhər Duması Bakının dənizkənarı şəhər olduğunu, sahil zolağında çoxsaylı körpüləri nəzərə alaraq, əhaliyə bulvar şəklində dənizə bir çıxış verməyi qərara alır. Sahil zolağının abadlığı zəruri idi, bunu sahilyanı ərazinin mülki mühəndis K.B.Skureviç tərəfindən tərtib edilmiş layihəsini təqdir edən şəhər Duması və İdarəsi də etiraf edirdi. Bağ Komissiyasının 1902-ci il iclasında təqdim olunmuş layihə müzakirə edilir.

Dənizkənarı bulvarın yaradılması məsələsi Şəhər Upravası tərəfindən dəfələrlə müzakirə edilsə də, yalnız 1909-cu ildə praktiki addımlar atılır. Əvvəlcə "Qafqaz və Merkuri” cəmiyyətinin körpüsündən Seyid Mirbabayevin evinə (Kukla teatrından "Azneft” meydanına kimi) qədər olan sahilboyu ərazinin abadlaşdırılması qərara alınmışdı.

1909-cu ilin aprelində Bakı Şəhər Upravasının tikinti şöbəsinin rəisi, mühəndis Məmmədhəsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. Onun alovlu çıxışı Dənizkənarı bulvarın salınmasında önəmli rol oynayır. Aprelin 9-da "Kaspi” qəzetinin 77-ci sayında Hacınskinin Dənizkənarı bulvarın tikintisi ilə bağlı iclasdakı məruzəsi çap olunur. O, çıxışında şəhərdə yeganə olan Mixaylovski bağının azlıq etdiyini, əhalinin asudə vaxtını keçirməsi üçün geniş bir yerin ayrılmasının zəruriliyini vurğulayır. M.Hacınski ilk gündən bu vəzifədə Bakı şəhərinin Baş planının həyata keçirilməsində, bağ və bağçaların, bulvarın, yolların və meydanların genişləndirilməsində, yeni binaların tikintisində yaxından iştirak etmiş, Bakının ən məşhur abidələrindən biri - Şirvanşahlar tarixi abidəsinin qorunması və bərpası, bulvarın genişləndirilməsi üçün dəniz sahilinin qurudulub torpaq tökülməsi və s. haqqında məsələ qaldırmışdır. M.Hacınski eyni zamanda Bakının ictimai və siyasi həyatında da yaxından iştirak etmişdi. Sahilyanı bulvarın tikintisi üçün Duma vəsait ayırır. Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə həyata keçirilən Dənizkənarı bulvarın kompleks tikintisinə rəhbərlik etməsi M.Hacınskinin əməkhaqqını ayda altı min rubla qədər yüksəldir və həmin layihələr iki il ərzində yerinə yetirilərək başa çatır


Ağ Şəhərdən Bibiheybətəcən...


Bu gün Dənizkənarı Milli Park ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. 1998-ci il dekabrın 29-da Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Dənizkənarı bulvara "Milli Park” statusu verilib. Son illər burada böyük tikinti və abadlıq işləri həyata keçirilib. Bulvarın ərazisi dənizə doğru xeyli genişləndirilib. Yaşıllıq artırılıb, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kollar əkilib.

Bulvarda attraksionların, kafelərin, səyyar ticarət və xidmət obyektlərinin sayı getdikcə artır. Parkda yeni elektrobuslar, faytonlar, dəniz gəmiləri və s. gəzinti marşrutları işləyir, səyyar fotostudiyalar, kiçik ticarət köşkləri, müasir kafelər, istirahət və əyləncə mərkəzləri fəaliyyət göstərir.

Bu istirahət məkanı Ümummilli Lider Heydər Əliyevin yadigarlarından biridir. Bura ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasına daxil edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2010-cu ildən etibarən bulvar ərazisində genişmiqyaslı yenidənqurma işləri aparılıb. Bulvarın ərazisi Ağ Şəhər və Bibiheybət istiqamətinə qədər genişləndirilib.

Bulvarda dövlət səviyyəsində abadlıq, quruculuq, genişləndirmə işləri davam edir. 2010-cu ildə Dənizkənarı Milli Parkın ərazisində Dövlət Bayrağı Meydanının açılışı olub. Bundan əlavə, Köhnə bulvar ərazisində Park Bulvar, Bakı Biznes Mərkəzi, Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Yeni Bulvar ərazisində Bakı Kristal Zalı, Bayıl bulvarı ərazisində "Yarat” Müasir İncəsənət Mərkəzi, "Daş salnamə” muzeyi, Su İdmanı Sarayı kimi müasir əhəmiyyətli memarlıq obyektləri inşa olunub.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM