30 Iyul 2020 19:37
557
SİYASƏT
A- A+

Nyu-York səmasına “Qarabağ Azərbaycandır!” şüarı


ABŞ-ın Nyu-York şəhərində "Ermənistanın işğalçılıq siyasətini dayandır!” ("Stop Armenian Occupation”), "Qarabağ Azərbaycandır!” ("Karabakh is Azerbaijan!) şüarlarını daşıyan təyyarə havaya qaldırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı təyyarə Manhetten adasından səmaya qalxıb. Üç saat ərzində Nyu-York üzərində dövrə vuran təyyarə Manhetten adasındakı dövlət əhəmiyyətli idarələrin, "Empire Building”, "Business Center” kimi məşhur iş mərkəzlərinin və yaşayış binalarının önündən uçub. Göy üzərində açılan şüar yerli əhalinin diqqətini cəlb edib və böyük maraqla qarşılanıb.

Həmvətənlərimiz təyyarənin daha yaxşı göründüyü Nyu-Cersi şəhərinin "Liberty” parkında toplaşıblar. Əllərində Azərbaycanın üçrəngli dövlət bayrağını tutan həmvətənlərimiz bu xoş hadisəni şüarlar səsləndirməklə və alqışlarla izləyiblər.

Layihənin təşkilatçısı Elmar Bayramov bildirib ki, ermənilər bu layihənin gerçəkləşdirilməsinə mane olmaq üçün ciddi cəhdlər göstəriblər. Onlar iki həftə ərzində "Airads” hava reklamları şirkətinə təzyiqlər göstəriblər, hətta bunun üçün əlavə vəsait də ödəyiblər. Lakin onların bütün cəhdləri nəticəsiz qalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video