30 Iyul 2020 19:12
746
DÜNYA
A- A+

Ermənistan ordusunun iki əsgəri yaralanıb


İşğalçı Ermənistanın silahlı qüvvələrinin bölmələrindən birində baş verən hadisə zamanı daha iki erməni əsgəri yaralanıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, 2019-cu ilin birinci yarısında hərbi xidmətə çağırılan mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu Bedros Qarabedyan guya təhlükəsizlik qaydalarının pozulması nəticəsində əl nahiyəsindən ağır xəsarət alıb. Onun yaxınlığında olan 5-ci alayın digər əsgəri D.Seto isə üz nahiyəsindən yaralanıb.

Komandanlıq yaralanan hərbi qulluqçuların guya təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət aldıqlarını desə də, hər iki hərbi qulluqçunun Tovuz istiqamətində gedən döyüşlərdə yaralandığı iddia olunur. Nəzərə alsaq ki, Ermənistan Müdafiə Nazirliyi Tovuz istiqamətində həlak olan iki zabitin də mühəndis-istehkam taborunda xidmət etdiyini bildirmişdi, onda iddiaların əsassız olmadığı ortaya çıxır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video