30 Iyul 2020 19:11
460
CƏMİYYƏT
A- A+

ÜST Qurban bayramı ilə əlaqədar tövsiyələrini təqdim edib


Ümumdünya Səhiyyə Təşkilatı müqəddəs Qurban bayramında müsəlmanların bir qayda olaraq, məscidlərdə və evlərdə toplaşdığını, qurban kəsdiyini və ətini yoxsullara payladığını nəzərə alaraq, ictimaiyyəti COVID-19 pandemiyası şəraitində ciddi təhlükəsizlik tədbirləri görməyə çağırıb.

AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, ÜST-nin müraciətində insanın COVID-19 virusuna əsasən hava-damcı yolu ilə yoluxduğu xatırladılıb. Qeyd olunub ki, yoluxma, həmçinin insanın virusa yoluxmuş səthə toxunduqdan sonra əllərini yumadan və dezinfeksiya etmədən gözlərinə, burnuna və ya ağzına toxunduqda baş verə bilər. Eyni zamanda, COVID-19 virusunun insandan heyvana ötürülməsi halları mövcuddur. Doğrudur, elmi adı SARS-CoV-2 olan virusun yoluxmuş heyvanlardan insana keçməyə qadir olub-olmadığı hələ məlum deyil. Buna baxmayaraq, ev heyvanları ilə bağlı digər zoonoz xəstəliklərin insanlar arasında yayılması hallarını unutmaq olmaz.

ÜST xəbər verir ki, bəzi ölkələr insanlar arasında fiziki qarşılıqlı əlaqəni məhdudlaşdırmaq məqsədilə artıq tədbirlər görüblər. Həmin tədbirlərə məscidlərin bağlanması, böyük izdiham üzərində nəzarət, eləcə də hərəkət və yığıncaqlara dair digər məhdudiyyətlər daxildir: "Bu tədbirlər, yoluxucu xəstəliklər, xüsusilə də böyük sayda insanların toplaşması ilə əlaqədar olan tənəffüs yollarının yoluxucu xəstəliklərinə nəzarətin əsas mexanizmləridir. Virusun nəzarət oluna biləcəyi yerdə bu tədbirlər tədricən yumşaldılır, lakin bəzi hallarda yoluxma hallarının artımı müşahidə olunub”. Məsələn, Ramazan bayramının qeyd edildiyi Şərqi Aralıq dənizi ölkələrində yoluxma səviyyəsi artıb. Yeni yoluxma halları yaxınlara baş çəkmə, birgə ibadət və digər kütləvi tədbirlərlə əlaqədar idi. Bu səbəbdən ÜST Qurban bayramı ərəfəsində tövsiyələrini təqdim edir:

- İzdihamdan çəkinmək, əl gigiyenası və mövcud vasitələrin təmizliyinə əməl etmək;

- Qurban kəsilməsi mərasimini ev şəraitində keçirməmək;

- Mərasimi həyata keçirmək üçün ailənin bir üzvünü təyin etmək;

- Xəstə ola biləcək heyvanları qurban kəsməmək;

- Heyvanları etibarlı təchizatçılardan sifariş etmək;

- Kasıbları qonaq edərkən lazımi məsafəni saxlamaq;

- Qurban kəsilməsini imkan daxilində mərkəzləşdirilmiş qaydada yerinə yetirmək.

ÜST, həmçinin ictimai və dini yığıncaqların ləğv edilməsi haqqında ciddi düşünməyi təklif edir, onların ləğv edilməsi, başqa vaxta keçirilməsi, məhdudiyyətlərin və ya dəyişikliklərin tətbiqi ilə əlaqədar qərarları risklərin qiymətləndirilməsinə əsaslanaraq qəbul etməyi tövsiyə edir. Onlar isə epidemioloji vəziyyətdən, potensial yayılmanın öhdəsindən gəlmək üçün resurslar və imkanların mövcudluğundan asılıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video