30 Iyul 2020 14:48
405
SİYASƏT
A- A+

“Jewish Journal”: ədavət zəminində baş verən bütün cinayətlər qətiyyətlə pislənilməlidir


Amerikanın "Jewish Journal” nəşrində Xocalı qətliamının möcüzəvi şəkildə sağ qalan şahidi Dürdanə Ağayevanın məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, materialda erməni millətçilərinin azərbaycanlı nümayişçilərə qarşı hücumunun baş verdiyi Los-Anceles insidentindən bəhs olunur.

Müəllif iyulun 21-də Los-Ancelesdə Amerikanın erməni milli komitəsi və Ermənistan gəncləri federasiyasının Azərbaycanın bu şəhərdə yerləşən baş konsulluğu qarşısında təşkil etdiyi nümayişin erməni millətçilərinin Azərbaycanın Tovuz rayonunda törədilən erməni təcavüzünə qarşı aksiya keçirən Azərbaycan icmasının nümayəndələrinə hücumu ilə başa çatmasından yazır. Aksiyadan sonra dağılışan azərbaycanlıları izləyən azğınlaşmış erməni kütləsi onlara hücum çəkib, nəticədə 9 nəfər, o cümlədən gənc qadın yaralanıb.

"Bu insidentin yerli kütləvi informasiya vasitələrində lazımınca işıqlandırılmamasına baxmayaraq, Azərbaycandan olan dostlarımız bizi dəstəklədilər”, - deyə müəllif vurğulayır. D.Ağayeva yazır ki, Simon Vizental Mərkəzi, Amerika Yəhudi Komitəsi, İsrail-Amerika Şurası, həmçinin bir sıra nüfuzlu ravvinlər tərəfindən bu zorakılığın açıq şəkildə pislənilməsini bilmək ona çox xoş idi.

Müəllif, həmçinin ermənilər tərəfindən törədilən bu zorakılıq aktını pislədiyinə görə Kaliforniyanın vitse-qubernatoru Eleni Kunalakisə də minnətdarlığını bildirib. Məqalənin sonunda D.Ağayeva Los-Ancelesin vəzifəli şəxslərini ədavət zəminində baş verən bu cinayətkarlığı qətiyyətlə pisləməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video