30 Iyul 2020 14:36
1392
İQTİSADİYYAT
A- A+

Azərbaycan-Çin onlayn biznes forumu keçirilib


Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin və Çin Kommersiya Nazirliyinin İnvestisiya Təşviqi Agentliyinin (CIPA) birgə təşkilatçılığı ilə onlayn formatında Azərbaycan-Çin biznes forumu keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forumda Azərbaycan və Çin rəsmiləri ilə yanaşı, turizm, nəqliyyat, ticarət və sair sahələrdə fəaliyyət göstərən 100-dək iş adamı iştirak edib. İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycan-Çin əlaqələrinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin, keçirilən görüşlər və aparılan danışıqların ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığını vurğulayıb. Nazir müavini qeyd edib ki, Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri inkişaf edir, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir.

Diqqətə çatdırılıb ki, iki ölkə arasında ticarət, investisiya, nəqliyyat-tranzit, İKT, kənd təsərrüfatı, maliyyə, turizm və sair sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

Çin Kommersiya Nazirliyinin Avrasiya İdarəsinin rəisi, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Van Kaixuan iqtisadi əlaqələr barədə məlumat verib, ticarət, logistika-nəqliyyat, turizm və sair sahələrdə əməkdaşlığın genişləndirilməsinə təkliflərini bildirib.

Forumda İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, ölkəmizin Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu biznes dairələri arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüblər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ölkəmizin ixrac, investisiya potensialı, nəqliyyat və turizm imkanlarından bəhs edib, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.

Forumda iş adamları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video