Alternative content

06:50 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
02:09 13.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlətin və xalqın qarşılıqlı dəstəyi ölkəmizə daim güc verir
Dövlətin və xalqın qarşılıqlı dəstəyi ölkəmizə daim güc verir
ANA SƏHİFƏ / SİYASƏT
00:38 29.07.2020


Prezident İlham ƏLİYEV: "Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir”


Keçən əsrin 90-cı illərinin ortalarından Azərbaycan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə böyük sosial-iqtisadi yüksəliş yoluna qədəm qoydu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi qüdrətini və siyasi nüfuzunu daha da artırırdı, onu dünyanın ən çox sayılıb-seçilən ölkələri sırasına qovuşdurdu.

Böyük sosial-iqtisadi inkişafın, bütün uğurlarımızın, beynəlxalq meqalayihələrin təşəbbüsçüsü olmağımızın, qarşıya çıxan istənilən çətinliklərin öhdəsindən gəlməyimizin əsas səbəbi liderlə xalqın birliyidir.

"Mən hər bir azərbaycanlının Prezidentiyəm!” deyir dövlətimizin müdrik başçısı. Dediklərini dönə-dönə əməli işlərlə təsdiqləyir. Odur ki, xalq da həmişə öz dövlətini, öz liderini bütün işlərdə dəstəkləyir. Başqa sözlə, ən şad günlərdə də, ən çətin vaxtlarda da lider öz xalqının, xalq öz liderinin yanındadır.

Heç uzağa getməyək, son ayların hadisələrini xatırlayaq. Dünyanı dolaşmaqda olan koronavirus pandemiyası Azərbaycana çatar-çatmaz dövlət insanların sağlamlığı naminə bütün imkanlarını səfərbər etdi. Böyük vəsaitlər hesabına qoruyucu vasitələr istehsal edən müəssisələr istifadəyə verildi, yeni xəstəxanalar tikildi, xəstələrin müalicəsi üçün hər cür şərait yaradıldı. Heç bir vətəndaş diqqətdən yayınmadı. Qocalar qayğı ilə əhatə olundu, fermerlərə və sahibkarlara maddi dəstək göstərildi, işsizlərə, iş yerini itirənlərə müvinətlər verildi və s.

Prezident İlham Əliyevin dediyi kimi: "Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir”.

Azərbaycan vətəndaşı bütün sahələrdə dövlətinin köməkçisi, dəstəkçisidir və yeri gəldikcə bunu dilə gətirməkdən də qürur duyur. Məsələn, Füzuli rayonunun 4-cü Zobucuq qəsəbəsinin sakini, şəhid ailəsinin üzvü olan Səadət Hüseynova Prezidentə müraciət edərək yazır: "Sizi daim xalqın yanında görmək bizi fərəhləndirir. Bu təhlükəli virusun respublikamızda yayılmaması üçün gördüyünüz işlər olduqca təqdirəlayiqdir. Siz karantin rejimi dövründə mədəniyyət işçilərinə diqqət və qayğınızı əsirgəmədiniz. Karantin müddətində əməkhaqlarımız saxlanılmaqla növbədənkənar məzuniyyətə buraxılmağımız buna ən gözəl nümunədir. Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi bütün sahələrdə olduğu kimi, pandemiyanın qarşısının alınması üçün verdiyiniz qərar və göstərişləri də dəstəkləyir, bu mübarizədə daim Sizin yanınızdadır”.

Oğuzlu fermer Vasif Umarov da "Biz birlikdə güclüyük!” deyərək ölkə fermerlərinin dövlətin yürütdüyü siyasəti dəstəklədiklərini bildirir.

Sumqayıt şəhərindən Zöhrab Süleyman isə gənclərin dövlətlə, iqtidarla daim birlikdə olduqlarını deyir: "Hörmətli cənab Prezident, dünyanı çənginə almış koronavirus pandemiyasının ən inkişaf etmiş ölkələri belə viran qoyması fonunda Azərbaycandakı vəziyyət bizi sevindirir. Apardığınız məqsədyönlü siyasət və görülən qabaqlayıcı tədbirlər dünya ölkələri üçün nümunədir. Biz gənclər Sizin bütün addımlarınızı dəstəkləyir, daim yanınızda olduğumuzu bildiririk”.

Azərbaycan vətəndaşları xalq-iqtidar birliyini ifadə edən fikirlərini həmişə və hər yerdə vurğulayırlar - məktublarda, istehsal və sosial təyinatlı obyektlərin açılışlarında, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşlərdə, bir-biri ilə söhbətlərində... Ən başlıcası isə xalq-iqtidar birliyi əməli işlərdə, həyatın gündəlik axarında özünü göstərir və zaman keçdikcə bir daha təsdiqlənir və möhkəmlənir.

"Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir”.

Bu sözlər də dövlət başçısına məxsusdur. Prezident, həqiqətən də, həyatın bütün sahələrində xalqa arxalanır. Hətta korrupsiyaya qarşı mübarizədə də. Prezident bütün vəzifə sahibləri, bütün məmurlar qarşısında xalqla birlikdə olmaq, vətəndaşlara xidmət etmək vəzifəsi qoyur: "Biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq. Ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır. Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır”.

Xalqımız, eləcə də, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bütün tədbirlərə dəstək verir. Birinci xanım Mehriban Əliyeva Azərbaycan analarının və uşaqlarının, məcburi köçkünlərin, şəhid ailələrinin, qocaların böyük himayədarıdır, gördüyü dəyərli və xeyirxah işlərə görə bütün xalqın dərin məhəbbət və ehtiramını qazanıb. İnsanlardan aldığı dəstək də məhz bu amillərə əsaslanır.

Bu ilin iyul ayında Ermənistanın atəşkəsi kobudcasına pozaraq Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törətməsi, nəticədə düşmənin öz bəd əməlinə layiq cavab alması zamanı da ölkəmizdəki xalq-iqtidar birliyi bir daha təsdiqləndi. Xalqın öz Prezidentinə , Ali Baş Komandana, dövlət başçısının isə orduya, vətəndaşlara arxalandığı əyani göründü.

Prezident İlham Əliyev bu barədə demişdir: "Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”.

Bir sözlə, Azərbaycanda son aylar yaşanan hadisələr bir daha göstərir ki, xalqımız ağır günlərdə bacarıqla bir nöqtəyə vura bilir. Bütün bunlar xalq-iqtidar birliyinin daha bir göstəricisidir. Prezident İlham Əliyev haqlı olaraq xalq-iqtidar birliyini Azərbaycanda sabitliyin inkişafının əsas şərti adlandırmışdır.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM