28 Iyul 2020 00:36
2779
CƏMİYYƏT
A- A+

“Azərbaycan” qəzetinin əməkdaşları dövlət başçısına minnətdarlıq edirlər


Hörmətli cənab Prezident!

Dövlətə rəhbərlik edəndən bəri yürütdüyünüz siyasət cəmiyyət həyatının bütün sahələrində sistemli islahatlarla müşayiət olunur. İslahat prosesi mediadan da yan keçmir. Milli mətbuat ənənələrinin qorunub saxlanmasını, medianın ictimai-siyasi həyatda yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu həmişə diqqət mərkəzində saxlayırsınız. Dövlətçilik ənənələrinə bağlı olan, milli maraqları rəhbər tutan mətbuatın inkişafını prioritet vəzifə kimi qarşıya qoyaraq ardıcıl tədbirlər görürsünüz.

Bu baxımdan milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında verdiyiniz Sərəncam ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Yubiley ölkəmizdə geniş qeyd olundu. Bu münasibətlə milli mətbuatın inkişafında xidmətləri olan bir sıra jurnalistləri mükafatlandırmısınız. Təltif olunanlar arasında mən də varam. Məni "Əməkdar jurnalist” fəxri adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Allahverdi MEHDİYEV,

"Azərbaycan” qəzetinin şöbə müdiri


* * *

Hörmətli cənab Prezident!

Sizin fədakar, yorulmaz səyləriniz, uğurlu daxili və xarici siyasətiniz nəticəsində Azərbaycan bu gün regionda, eləcə də dünyada güclü və söz sahibi olan dövlətdir.

Bu günlərdə Tovuz rayonu istiqamətində baş verən hadisələr, verdiyimiz itkilər bizi dərindən üzdü, amma digər tərəfdən qüdrətli ordumuzun düşməni ağır məğlubiyyətə uğratması xalqımıza böyük fərəh və qürur hissi yaşatdı.

Baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı Sizin ətrafınızda yumruq kimi birləşmişdir.

Cənab Prezident, iyulun 22-də, milli mətbuatımızın 145-ci ildönümündə Siz mənim fəaliyyətimə yüksək qiymət verərək "Tərəqqi” medalı ilə təltif etmisiniz. Buna görə dərin minnətdarlığımı bildirirəm.

Sizin verdiyiniz belə yüksək qiymət, əlbəttə ki, məni daha da ruhlandırır. Bundan sonra da doğma ölkəmizi inkişaf etdirmək naminə fəaliyyətimi davam etdirəcəyəm.

Cənab Prezident, biz hər zaman Sizinləyik, Vətənimiz Azərbaycanın xidmətindəyik. Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun!

Hörmətlə,

Rizvan CƏFƏROV,

"Azərbaycan” qəzetinin müxbiri


* * *

Hörmətli cənab Prezident!

Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibəti ilə məni "Tərəqqi” medalına layiq görməyinizdən hədsiz dərəcədə qürur hissi keçirdim. Azərbaycan mətbuatındakı əməyimə böyük qiymət verdiyiniz üçün Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Siz həmişə Azərbaycan mətbuatına xüsusi diqqət və qayğı göstərmisiniz. Kütləvi informasiya vasitələrinin inkişafına ayırdığınız çoxsaylı dövlət yardımları, mətbuat işçilərinin mənzil-məişət problemlərinin həlli, jurnalistlərin fəxri adlar, dövlət mükafatları ilə təltif edilməsi bunun əyani təsdiqidir. Təsadüfi deyil ki, Siz jurnalistləri öz köməkçiniz adlandırırsınız, onlar isə Sizi mətbuatın dostu. Sizin bu ali etimadınız üzərimizə çox böyük məsuliyyət, şərəfli vəzifələr qoyur, daha əzmlə işləməyə yeni stimul və ruh verir. Sizi əmin etmək istəyirəm ki, mən də gələcək fəaliyyətimdə bu etimadı var gücümlə doğruldacağam.

Hörmətli cənab Prezident! Bu mükafatı ilk növbədə çalışdığım rəsmi dövlət qəzeti "Azərbaycan”ın kollektivinə, eyni zamanda doğma yurd-yuvası daşnak ermənilər tərəfindən işğala məruz qalan rayonların məcburi köçkün jurnalistlərinə verilən yüksək dəyər kimi də qiymətləndirir və Qələbə müjdəli xəbərlərlə Ali Baş Komandanımızı və xalqımızı sevindirməyi arzulayıram!

Hörmətlə,

Məhəmməd SADIQOV,

"Azərbaycan” qəzetinin müxbiri


* * *

Hörmətli cənab Prezident!

Sözə və mətbuata Sizin verdiyiniz dəyər həmişə öz aktuallığı ilə fərqlənib. Azərbaycanda milli mətbuatın 145 illik yubileyi ilə bağlı verdiyiniz sərəncamda adımın olduğunu gördükdə çox sevindim. Bu sevincin mənbəyi Sizsiniz və Sizin mətbuata göstərdiyiniz diqqət və qayğıdır.

Bu çətin pandemiya dövründə bizə verdiyiniz dəyərə görə minnətdarlığımı bildirirəm.

Allah Sizi qorusun, cənab Prezident!

Hörmətlə,

Akif ƏLİYEV,

"Azərbaycan” qəzetinin müxbiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video