Alternative content

07:49 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
“Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
00:32 21.07.2020


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 656; 2008, № 7, maddə 602) 9.2-ci maddəsində "əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu təyin olunmuş” sözləri ", əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Maddə 2. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 586; 2007, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 6, maddə 481, № 8, maddələr 694, 710; 2009, № 6, maddə 399, № 11, maddə 878; 2010, № 3, maddə 171, № 4, maddə 273, № 11, maddə 944; 2011, № 2, maddələr 71, 72; 2012, № 11, maddə 1040; 2015, № 10, maddə 1089; 2016, № 6, maddə 984; 2017, № 5, maddə 729, № 7, maddə 1252; 2018, № 3, maddə 398, № 12 (I kitab), maddə 2473; 2019, № 5, maddə 797, № 12, maddə 1885) 23.9-cu maddəsinin birinci cümləsində "əlil olması” sözləri "əlilliyinin müəyyən edilməsi” sözləri ilə əvəz edilsin.

Maddə 3. "Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 399; 2008, № 6, maddə 462; 2009, № 12, maddə 954; 2017, № 1, maddə 13, № 7, maddə 1274) 28.1.3-cü maddəsində "əlillər” sözü "əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.

Maddə 4. "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 559; 2008, № 7, maddə 602; 2014, № 4, maddə 334; 2017, № 5, maddə 688; 2019, № 7, maddə 1178) 13.4-cü maddəsində "sağlamlıq” sözündən əvvəl "o cümlədən” sözləri əlavə edilsin və həmin maddədə "qüsurları” sözü "pozuntuları” sözü ilə əvəz edilsin.

Maddə 5. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 710; 2011, № 12, maddə 1088; 2018, № 7 (I kitab), maddə 1382; 2019, № 3, maddə 379) 10.4-cü maddəsində "ikinci qrup əlillər” sözləri "ikinci dərəcə əlilliyi olan şəxslər” sözləri ilə və "əlillər və ya qocalar evlərinə” sözləri "ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə” sözləri ilə əvəz edilsin.

Maddə 6. "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815, № 6, maddə 999, № 8, maddə 1362) 14.2.3-cü maddəsinə ", 18 yaşınadək” sözlərindən əvvəl "o cümlədən” sözləri əlavə edilsin.

Maddə 7. "Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 504; 2013, № 3, maddə 224; 2018, № 5, maddə 868) 3.0.1-ci maddəsində "əlillərə” sözü "əlilliyi olan şəxslərə” sözləri ilə və "qocalara” sözü "ahıllara” sözü ilə əvəz edilsin.

Maddə 8. "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.0.21-ci, 1.0.24-cü, 4.0.9-cu, 5.0.13-cü, 11.4-cü, 16.1-ci, 16.6.2-ci və 58.3-cü maddələrdə ismin müvafiq hallarında "sağlamlıq imkanları məhdud uşaqlar və əlillər” sözləri ismin müvafiq hallarında "əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin;

8.2. 3.0.4-cü maddədə "sağlamlıq imkanları məhdud uşaqlar, əlillər” sözləri "əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin;

8.3. 22-ci maddə üzrə:

8.3.1. adında, 22.1-ci, 22.3-cü və 22.5-ci maddələrdə ismin müvafiq hallarında "Sağlamlıq imkanları məhdud uşaqlar və əlillər” sözləri ismin müvafiq hallarında "Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin;

8.3.2. 22.2-ci və 22.6-cı maddələrdə ismin müvafiq hallarında "sağlamlıq imkanları məhdud uşaqlar və əlillər” sözləri ismin müvafiq hallarında "əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin;

8.3.3. 22.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"22.4. Əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası və sosial bacarıqlarının inkişafı, adaptiv bədən tərbiyəsi və adaptiv idman metodlarından istifadə etməklə, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”;

8.3.4. 22.7-ci maddədə "əlillərin” sözü "əlilliyi olan şəxslərin” sözləri ilə və "sağlamlıq imkanları məhdud uşaqların və əlillərin” sözləri "əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri ilə əvəz edilsin;

8.4. 52.3-cü maddədə "əlillərin” sözü "əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.

Maddə 9. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881) 10.6-cı maddəsində "Sağlamlıq” sözü "Əlilliyi olan, o cümlədən sağlamlıq” sözləri ilə və "sosial adaptasiyasını” sözləri "sosial bacarıqlarının inkişafını” sözləri ilə əvəz edilsin.

Maddə 10. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572; 2011, № 12, maddə 1089; 2013, № 11, maddə 1318; 2014, № 1, maddə 9, № 7, maddə 777; 2015, № 2, maddələr 74, 96, № 3, maddə 253; 2016, № 2 (I kitab), maddə 184, № 3, maddə 416; 2017, № 7, maddə 1290; 2018, № 10, maddə 1961; 2019, № 1, maddələr 35, 49) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 5.2.3-cü maddədə "əlildirsə” sözü "əlilliyi olan şəxsdirsə” sözləri ilə əvəz edilsin;

10.2. 16.3.1-ci maddədə "sığorta olunana əlillik” sözləri "sığortaolunanın əlilliyi” sözləri ilə və "təyin” sözü "müəyyən” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM