Alternative content

06:05 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
02:09 13.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş SƏRKƏRDƏ Ermənistana göz dağı verdi
Baş SƏRKƏRDƏ Ermənistana göz dağı verdi
ANA SƏHİFƏ / SİYASƏT
00:34 18.07.2020


İlham Əliyev işğalçı ölkənin son döyüşlərdən dərs götürmədiyi halda Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinin davam edəcəyini bəyan etdi


Cəbhədə vəziyyət gərgin olaraq qalır. Beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistan işğalçı və təcavüzkar mövqeyini davam etdirir, sivil dəyərlərə məhəl qoymadan pandemiya şəraitində də təxribatçı fəaliyyətindən əl çəkmir. İyul ayının 12-14-də Tovuz istiqamətindəki sərhəd xəttində baş verən qısamüddətli döyüşlər bunun daha bir təsdiqi oldu.


Növbəti erməni təxribatı, vandalizmin əyani təzahürü


Baş verən növbəti təxribatda yenə də ağır zərbə alan tərəf Ermənistan oldu. Düzdür, bu təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrinin bir neçə hərbçisi qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə yüksəldi. Həmçinin düşmənin dinc, mülki əhaliyə qarşı artilleriya atəşi zamanı Tovuzun Ağdam kəndinin sakini həlak oldu. Bu da dinc əhaliyə qarşı faşizmin, erməni vandalizminin əyani təzahürü idi. Ermənistan bu çirkin əməlləri ilə bir daha Azərbaycan xalqına növbəti mesajını verdi ki, onların sülh, əmin-amanlıq şəraitində yaşamaq niyyətləri yoxdur.

Əlbəttə ki, bufədəki təxribat da cavabsız qalmamalı idi.

İyulun 13-də Təhlükəsizlik Şurasının iclasını keçirən Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistana sərt xəbərdarlıq edərək bəyan etdi ki, Azərbaycan bütün imkanları ilə özünü qoruyacaq və düşmənə Aprel və Günnüt döyüşlərində olduğu kimi, yenidən yerini göstərəcək.

Bu xəbərdarlıqdan sonra Ali Baş Komandanın göstərişi ilə düşmənin hərbi obyektləri, texnika və canlı qüvvələri məhv edildi. Şəhidlərimizin qanı yerdə qalmadı.

İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab İlham Əliyev Ermənistanın sərhəd xəttindəki təxribatına bir daha aydınlıq gətirdi. Prezident qeyd etdi ki, təxribat nəticəsində hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz şəhid olublar.

Bundan sonra Ali Baş Komandan cavab tədbirləri ilə bağlı müvafiq göstərişlər verib: "Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın. Eyni zamanda Prezident Administrasiyasına, Nazirlər kabinetinə, aidiyyəti qurumlara göstəriş verilib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu diversiyası ilə əlaqədar məlumatlandırılsın, bu hadisə haqqında dolğun məlumat verilsin”.

Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Prezidentin də söylədiyi kimi, düşmənə sarsıdıcı zərbələr endirildi və bu zərbələr Ermənistana növbəti dərs oldu.


"Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib”


Azərbaycan Ordusu iyulun 13-14-də düşmənə sarsıdıcı zərbələr endirdi. Onlarca erməni hərbçi məhv edildi, düşmənin sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın olundu.

Ali Baş Komandanın da dediyi kimi, düşmənin hərbi obyektləri, kazarmaları, dayaq məntəqələrinin məhv edilməsi ilə bağlı yayılan videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların hələ cüzi bir hissəsidi. Beləliklə, Tovuz istiqamətində baş verən qısa döyüşlərdə Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi.

Baş Sərkərdə ordumuzun təxribata cavabını belə dəyərləndirdi: "Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”.

Ali Baş Komandan qətiyyətlə vurğuladı ki, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz də. Baş vermiş toqquşmalar və qanlı döyüşlər isə Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmiş oldu.


Yenə erməni məkri, erməni yalanı


Lakin hər dəfə törətdiyi təxribatdan sonra ağır zərbə alan Ermənistan baş verənlərə görə Azərbaycanı günahlandırmağa və ağ yalanlarla dünya birliyini inandırmağa çalışdı. Bu dəfə də eyni ssenari təkrarlandı. İşğalçı ölkə yenə iddia etdi ki, guya Azərbaycan UAZ markalı maşın ilə onların mövqelərinə hücuma keçib.

Bu, həqiqətən də olduqca gülünc və ağlasığmaz iddiadır. Əgər Azərbaycan Ordusu hücuma keçmək istəsəydi, onda UAZ-dan deyil, öz arsenalında olan güclü, dağıdıcı hərbi vasitələrdən istifadə edərdi.

Əlbəttə ki, işğalçı ölkə Azərbaycan Ordusunun Günnüt, Aprel zəfərlərini unutmur və yaxşı bilir ki, erməni hərbçisinin Azərbaycan əsgəri ilə hünər meydanında üz-üzə döyüşməsi mümkün deyil. İllərdir torpaq həsrəti, yurd niskili ilə qəlbi alışıb-yanan və ən müasir silahlarla, hərbi texnikalarla təchiz edilmiş Azərbaycan əsgəri istənilən döyüşdə zəfər çalmağa qadirdir.


İşğalçının mənəvi cılızlığı və süni gərginlik yaratma səbəbləri


Göründüyü kimi, növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti bu dəfə də "ənənəsinə” sadiq qalaraq məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır.

Əlbəttə ki, təxribatın Dağlıq Qarabağ bölgəsinə aid olmayan ərazidə baş verməsi onun çirkin mahiyyətindən, erməni tərəfinin təmas xəttində növbəti dəfə süni gərginlik yaratmaq niyyətindən xəbər verir. Bunun səbəbləri isə Azərbaycan xalqına yaxşı bəllidir.

Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi baş nazir N.Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Qlobal pandemiyanın ağır zərbələr vurduğu Ermənistan daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Digər bir səbəb isə Azərbaycanın beynəlxalq arenada gündən-günə yüksələn nüfuzu, İlham Əliyevin qlobal təşəbbüslərinə göstərilən yüksək etimaddır. Yəni Azərbaycanın dünyada nüfuzunun, çəkisinin daha da artması, beynəlxalq mövqelərinin getdikcə güclənməsi Ermənistanı qıcıqlandırır. Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı, erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.

Xatırladaq ki, İlham Əliyevin dünyanın 130-dan çox ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdu. Bu, bir daha həm mənəvi cılızlığı, həm də Ermənistanda Azərbaycana fobiyanın hansı həddə çatdığını göstərir.

Ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan hakimiyyəti belə bir avantüraya gedir və bir daha rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadığını, məqsədinin Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarət olduğunu təsdiq edir.

Dövlət başçısının da söylədiyi kimi, bu gün dünya qlobal pandemiya ilə mübarizə aparır və Azərbaycan həmrəylik, birgə mübarizə təşəbbüsü ilə çıxış etdiyi halda Ermənistan bunun əleyhinə çıxır. İşğalçı ölkə dünya gündəliyində birinci yerdə duran koronavirusla bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha beynəlxalq ictimaiyyətin diqqətini öz çirkin siyasətinə cəlb edib. Məhz bu məkrli siyasətin nəticəsidir ki, Ermənistan artıq beynəlxalq arenada bütün dayaqlarını itirməkdədir.


KTMT-yə yalvarış - acizliyin, qorxaqlığın göstəricisi


Digər bir maraqlı məqam Ermənistanın bu təxribatı törədib ardınca Azərbaycan Ordusu tərəfindən layiqli cavab aldıqdan sonra dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsidir.

Layiqli cavabını alan işğalçı bu təşkilata müraciət edərək yardım, kömək istəyib. Guya Azərbaycan Ordusu Ermənistana qarşı təxribat törədir və ciddi təhlükə var.

Prezident İlham Əliyevin də söylədiyi kimi, KTMT-nin bu təşkilatın buna nə dəxli var? Azərbaycan Ermənistanın dövlət sərhədini pozmayıb, bu ölkənin ərazisinə keçməyib. Onda KTMT-nin bu işə nə dəxli ola bilər?

İlham Əliyev bunu yalnız Ermənistan hakimiyyətinin acizliyinin, qorxaqlığının göstəricisi adlandırdı: "Bu, onu göstərir ki, onlar Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-yə müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər”.

Bu gün sərhəd xəttindəki operativ vəziyyət Azərbaycanı tamamilə qane edir. Ali Baş Komandan bəyan etdi ki, Azərbaycan istənilən vaxtda döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözünü deyəcək.


Mehriban xanım Əliyeva: "Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik!”


İşğalçının son təxribatları Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sıravi vətəndaşlar toplanaraq cəbhə bölgəsinə üz tutdular və silaha sarılaraq torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını bildirdilər.

Bu, həm də Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığı üçün, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

Erməni təxribatı üzündən baş verən bu döyüşlər həm də Azərbaycan Ordusunun savaş qüdrətinin, mənəvi, psixoloji üstünlüyünün, əsgər və zabitlərimizin qəhrəmanlığının, şücaətinin yeni nümunəsi sayıla bilər.

Birinci vitse-prezident Mehriban Əliyeva da rəsmi "Instagram” səhifəsində etdiyi paylaşımda vurğuladı ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Çünki Azərbaycan xalqının torpaq, Vətən uğrunda mübarizəsi müqəddəsdir: "Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır!

Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”

Azərbaycan xalqı Vətən uğrunda canını fəda edən şəhidlərini böyük izdihamla son mənzilə yola saldı. İgid oğullarımızın bu qəhrəmanlığı Azərbaycan xalqının ümummilli birliyini daha da möhkəmləndirərək hər bir əsgərimizin savaş, döyüş ruhunu, millətin qələbə əzmini yüksəltdi. Tovuz döyüşləri ordumuzun Aprel və Günnüt zəfərlərində olduğu kimi, hər kəsi Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşdirdi.

Cənab İlham Əliyev də bu birliyi yüksək qiymətləndirərək dedi ki, Ordumuzun uğurlu əməliyyatı hər kəsdə ruh yüksəkliyi yaradıb və xalqı coşdurub. Bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandana öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutub. Bu vətənpərvər addımı alqışlayan Prezident dedi ki, bu, bir daha Azərbaycan xalqının ağır günlərdə bir nöqtəyə vura bildiyini göstərir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM