16 Iyul 2020 19:33
436
SİYASƏT
A- A+

Ermənistanın Müdafiə Nazirliyi özlərinin dağıdılmış mövqeyini “ələ keçirilmiş Azərbaycan mövqeyi” kimi təqdim edib


İki gün bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyinin dezinformasiya laboratoriyası guya Tovuz istiqamətində ələ keçirilmiş (erməni interpretasiyasında – "azad edilmiş”) Azərbaycan postundan çəkilmiş fotonu daha geniş yayılması üçün öz istifadəçilərinə ötürüb. Yəni "baxın, yüksəkliyi tutmağımızın fotosübutu”.

Sosial şəbəkələrin kütbeyin erməni istifadəçiləri bu "fotosübutlar”ı istehzalı şərhlərlə müşayiət edərək bizə, azərbaycanlı istifadəçilərə yanıq verməyə başlayıblar. Onlardan Edqar Mardanyan adlı birisi fotoşəklə belə şərh yazıb: "İndi bu postlar bizdədir! Şəklin biri səmadan, digəri sizin tərəfdən çəkilib”.

Lakin Dodik Tonoyanın qurumu öz vətəndaşlarını necə asanlıqla və amansızcasına aldadır! Sən demə, bir dəfə aldadılanı çox rahatlıqla növbəti dəfə də aldatmaq olarmış!

Fotoşəkilləri ardıcıllıqla dərc edirik. Birinci fotoşəkil – Mardanyanın şərhi ilə birgə xəbərin iki fotoşəkillə skrinşotu.

İkinci fotoşəkil – guya "ələ keçirilmiş” yüksəklikdən çəkilən şəkildir.

Üçüncü fotoşəkil – biz tərəfdən çəkilən şəkil.

Bizi "Zoom”da böyüdülmüş ikinci şəkil maraqlandırır. Erməni dezinformasiyasının bütün mahiyyəti bu şəkildə əksini tapıb. Şəkildə tarixin 2018-ci il göstərilməsi azmış kimi, orada üstəlik şəklin haradan çəkilməsinin dəqiq GPS koordinatları da var.

"Google Earth” proqramını açırıq, bu koordinatları ora yerləşdiririk və haradan çəkiliş edildiyini tapırıq. Sən demə, bu, bizim 4-cü fotoşəkildə gördüyümüz erməni mövqeyidir.

Sonuncu, 5-ci şəkildə isə biz ümumi panoramı və həmin erməni mövqeyi ilə Azərbaycan sərhədi arasında olan 613 metr məsafəni görürük.

Yeri gəlmişkən, bu videoda Azərbaycan silahlı qüvvələri məhz bu erməni mövqeyini darmadağın edirlər: https://youtu.be/I8-zgT3w-7c

Tonoyana salam.

Öz mövqelərinin koordinatlarını biz göndərmək – bu, böyük cəsarət tələb edir! Davam edin, dayanmayın.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video