16 Iyul 2020 19:05
433
SİYASƏT
A- A+

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın layiqli cavabını verib

 
Bütün dünyada sabitliyin pozulduğu, pandemiyaya qarşı mübarizə aparıldığı bir vaxtda Ermənistan tərəfi fürsətdən istifadə edib, BMT-nin Baş katibinin bütün dünyada dərhal atəşkəs bərqərar olması barədə çağırışına məhəl qoymadan, özünün əsil simasını göstərərək Ermənistan-Azərbaycan sərhədində provokasiya törədib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiyanın "Federalnoye agentstvo novostey” internet-nəşrində dərc edilmiş məqaləsi bu mövzuya həsr edilib. Səfir yazır ki, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Azərbaycanın Tovuz rayonundakı hissəsində vəziyyət kəskinləşib. Silahlı toqquşma zamanı ağır silahlardan, o cümlədən artilleriya və minaatanlardan istifadə edilib. İnsident nəticəsində hər iki tərəfdən ölənlər və yaralananlar var. İyulun 14-də Bakıda Azərbaycan ordusuna dəstək yürüşü keçirilib. Yürüş iştirakçıları Ermənistana münasibətdə sərt tədbirlər görülməsini tələb ediblər.

Diplomat qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın layiqli cavabını verib. Hər iki tərəfdən ciddi itkilər var, döyüş əməliyyatları davam edir və istənilən anda genişlənərək tammiqyaslı müharibə həddinə çata bilər.

Səfirin yazır: "Ermənistan Azərbaycan ilə sərhəddə vəziyyəti kəskinləşdirməklə iki məqsəd güdür. Birincisi, o, KTMT-ni Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və Azərbaycanı bu təşkilatın üzvləri olan dövlətlərlə üzbəüz qoymağa çalışır. Halbuki, həmin dövlətlərlə mənim ölkəm arasında ikitərəfli əsasda möhkəm iqtisadi əlaqələr və səmimi dostluq münasibətləri yaranıb. İkincisi, Ermənistanın qərbpərəst hökuməti Rusiyanın ətrafında növbəti gərginlik mənbəyi yaratmaq və beləliklə, Rusiyanı onun strateji maraqlarına zidd olan münaqişəyə cəlb etmək istəyir. Təbii ki, Rusiya öz sərhədləri yaxınlığında hərbi münaqişə olmasında maraqlı deyil və buna görə də məsələnin mahiyyətini ən qısa vaxtda həll etmək, təcavüzkar ölkəyə təzyiq göstərmək lazımdır, o, öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmalıdır, əks halda hərbi toqquşmalar yenə yaranacaq”.

P.Bülbüloğlu vurğulayıb ki, öz təcavüzkar işğalçı siyasəti nəticəsində regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün sərfəli iqtisadi layihələrdən tamamilə təcrid olunmuş Ermənistan faciənin siyasi və iqtisadi nəticələri barədə düşünməlidir. Səfir deyib: "Ermənistanda sosial və maliyyə vəziyyəti günbəgün pisləşir. Əhalinin çox hissəsi, xüsusən perspektiv görməyən gənclər ölkəni tərk edir. Bundan əlavə, dünyanın bütün ölkələri Azərbaycanın ərzi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma dövləti tanımırlar. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edir. Lakin təəssüf ki, bu sənədlər hələ də icra edilməmiş qalır. Amma həqiqət bizim tərəfimizdədir və mən əminəm ki, ədalət zəfər çalacaq”.

Diplomat vurğulayıb ki, 30 ildən çoxdur Azərbaycanın əzəli torpaqları, Qarabağın incisi – dünyaya görkəmli şairlər, bəstəkarlar, müğənnilər bəxş etmiş Şuşa şəhəri işğal altındadır. Bu, sonsuz davam edə bilməz. Təəssüf ki, sülh danışıqları heç bir nəticə vermir.

Səfir sonda deyib: "Azərbaycan Prezidenti dəfələrlə deyib ki, biz danışıqlar xatirinə danışıqlar aparmayacağıq. İnsanlar görürlər ki, heç bir irəliləyiş yoxdur. Buna görə onların küçələrə çıxması təəccüblü deyil. Biz hərbi əməliyyatlara başlamaq çağırışları səslənən yürüşü gördük. Lakin belə məsələlər küçələrdə və mitinqlərdə həll edilmir. Bu, Ali Baş Komandanın qərarı olmalıdır. Və əgər belə qərar qəbul edirlərsə, onda biz öz torpaqlarımızı azad edəcəyik... Biz həmçinin gözləyirik ki, ABŞ, Fransa, Rusiya və dünya birliyinin digər ölkələri təcavüzkara təzyiq göstərsinlər. Ermənistana və onun rəhbərlərinə qarşı beynəlxalq sanksiyalar tətbiq etməyin vaxtı çoxdan yetişib. Əgər bu məsələni sülh yolu ilə həll etmək mümkün olmasa, onda ən təhlükəli və arzuedilməz yol qalır – bu köhnəlmiş münaqişənin həllinin hərbi yolu.

Son hadisələr göstərir ki, Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə heç vaxt və heç bir halda razılaşmayacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video