16 Iyul 2020 18:57
471
CƏMİYYƏT
A- A+

Latviyada fəaliyyət göstərən “Azəri Gənclər” Cəmiyyəti bəyanat yayıb

 
Latviyada fəaliyyət göstərən "Azəri Gənclər” Cəmiyyəti Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini və mülki şəxsləri iriçaplı minomyotlardan və artilleriya silahlarından atəşə tutması ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, bu çətin günlərdə Azərbaycan xalqı Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan-Ermənistan sərhədində düşmənin hərbi təxribatlarına məruz qalıb. Qəhrəman ordumuz düşmənə layiqincə cavab verib və torpaqlarımızı fədakarlıqla müdafiə edib. Təəssüf ki, Ermənistan silahlı bölmələrinin təxribatları nəticəsində mərd oğullarımız şəhid olub. Allah şəhidlərimizə rəhmət eləsin. Millətimizə səbir diləyirik.

"Vətən şəhid qanı ilə qorunar. Biz xalqımızın vətənpərvərlik ruhunun sarsılmazlığını gördükcə bir daha inanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, Ermənistan məğlub ediləcək.

Biz Latviyada yaşayan azərbaycanlılar və "Azəri Gənclər” Cəmiyyətinin üzvləri olaraq dövlətimiz Azərbaycana və xalqımıza hər cür köməyi və dəstəyi göstərməyə hazırıq. Erməni vəhşiliyini bütün dünyaya çatdırmaq üçün əlimizdən gələni edirik və etməliyik. Bu gün birlik günüdür. Bu gün biz də "Biz səninləyik Azərbaycan, qəlbimiz Vətənlə döyünür!” deyirik.

Latviyada fəaliyyət göstərən "Azəri Gənclər” Cəmiyyəti və bizimlə bir sırada dayanan soydaşlarımız hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin, dövlətimizin, əsgərlərimizin və xalqımızın yanındayıq”, - deyə bəyanatda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video