16 Iyul 2020 16:54
724
İQTİSADİYYAT
A- A+

“Forbes” jurnalında Azərbaycanın ilk qlobal “virtual hackathon”undan bəhs edilib

 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Azərbaycanın ilk qlobal "virtual hackathon”u – "Global Virtual Hackathon” haqqında bu dəfə nüfuzlu "Forbes”in elektron resursunda dərc olunan məqalədə (https://bit.ly/3j57rDQ) bəhs olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, COVID-19 dövründə dünyada tətbiq olunmuş innovativ həllər barədə məlumat verilən məqalədə qeyd edilir ki, Azərbaycan pandemiya zamanı insanların bir-birlərinə daha yaxşı dəstək olmasına kömək məqsədilə "Global Virtual Hackathon”a ev sahibliyi edib və Polşa komandası qalib olub.

Eyni zamanda, təşkilatçılara istinadən bildirilir ki, bir ay belə hazırlaşmadan gərgin iş şəraitində beynəlxalq ictimaiyyətin mübarizəsinə kömək etmək üçün önəmli qərarlar qəbul edilib.

Qeyd edək ki, məqalədə haqqında bəhs edilən "Global Virtual Hackathon” bu ilin aprel ayında koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Müsabiqədə iştirak üçün 5 qitə üzrə 45 ölkədən 600-dən çox müraciət qeydə alınmışdı.

Müsabiqənin yekunlarına əsasən, birinci yerə Polşadan olan "Crisis Heroes” komandası layiq görülüb. İkinci yeri vauçer yolu ilə kiçik və orta biznesə dəstək ideyasını təqdim edən Azərbaycan komandası "Javid-19” tutub. Üçüncü pillədə isə Braziliyanın "Zebrafish” komandası qərarlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video