16 Iyul 2020 16:48
512
SİYASƏT
A- A+

Azərbaycan səfiri: Ukrayna XİN Tovuz hadisələri barədə dəqiq və qərəzsiz mövqe nümayiş etdirib

 
Ermənistan-Azərbaycan sərhədində baş vermiş son hadisələrlə əlaqədar Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Ukrayna Dövlət Radiosunun "Bu axşam” ("Сьогодні.Ввечері”) verilişinə müsahibə verib.

AZƏRTAC xəbər verir ki, E.Axundova bu aksiyanın əvvəlcədən hazırlanmış və planlaşdırılmış olduğunu qeyd edib. Azərbaycan səfiri deyib: "Sərhədin bu hissəsində provokasiyanı birinci başlayan Ermənistan olub. Bizim hərbi UAZ avtomobilimiz adi qayda üzrə təmas xətti boyunca hərəkət edir, Azərbaycan mövqelərini yoxlayırdı. Erməni tərəfi də həmişə eyni hərəkəti edir və bizim tərəfdən heç kim onlara atəş açmır. UAZ avtomobili ermənilərin nəzarətində olan yüksəklikdən qəflətən atəşə tutulub. Eyni zamanda, erməni bölmələri taktiki mövqedə yerləşən minomyot və qaubitsa silahlarından istifadə edərək Azərbaycan ordusunun döyüş mövqelərini atəşə tutub, bir neçə kəndə və mülki obyektlərə zərbələr endirib. Azərbaycan ordusu cavab atəşi açıb, bizim hərbçilər düşmənin atəş nöqtələrini məhv etməyə başlayıblar”.

E.Axundova deyib ki, Ermənistan tərəfindən sərhəddə hərbi provokasiyalar törədilməsi ilk dəfə deyil. O vurğulayıb: "Son bir neçə ayda belə hərbi provokasiyalar nəticəsində bizim hərbi qulluqçular, habelə mülki şəxslər həlak olub. Erməni hərbçiləri və snayperləri Tovuz, Qazax, Füzuli və digər sərhədyanı rayonlarda onlarca dinc sakini, o cümlədən qadınları və uşaqları atəşə tutublar. Bununla əlaqədar, Füzuli rayonunun Alxanlı kəndində körpə Zəhra Quliyevanı və onun nənəsi Sahibə Allahverdiyevanı xatırlamaq kifayətdir. Erməni silahlı qüvvələri bu kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutaraq Zəhranı və onun nənəsini öldürüblər. Zəhra sağ qalsaydı, bu il 4 yaşı tamam olacaqdı. Biz müharibə istəmirik və heç vaxt istəməmişik. Biz başqasının bircə qarış belə torpağını tutmamışıq. Ermənistan isə Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib, orada etnik təmizləmə aparıb. Nəticədə 1 milyona yaxın insan öz doğma torpağında qaçqın vəziyyətinə düşüb. Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq”.

Azərbaycanlı diplomat deyib: "Ukrayna Xarici İşlər Nazirliyi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, həmçinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri əsasında Azərbaycan Respublikasının suverenliyini və onun beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyib, bu məsələdə dəqiq və prinsipial mövqe nümayiş etdirib. Buna görə dərin minnətdarlığımı bildirmək istərdim. Ukrayna XİN öz mövqeyini Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyətin kəskinləşməsi ilə əlaqədar 13 iyul 2020-ci il və Azərbaycanın Dağlıq Qarabağ regionu ərazisində qondarma "prezident” və "parlament” seçkilərinin tanınmaması barədə 31 mart 2020-ci il tarixli qətnamələrində dəqiq ifadə edib.

Ukrayna XİN-in bəyanatında qeyri-adi heç nə yox idi, biz həmişə bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Lakin erməni tərəfin qeyri-adekvat reaksiyası göz qabağındadır. Erməni tərəfi beynəlxalq hüquq normalarına, öz qonşularının ərazi bütövlüyünə etinasız münasibətini açıq-aşkar nümayiş etdirir. Sizin ölkənin Yerevandakı səfirinin tənbeh edilməsi az imiş kimi, üstəlik, məlum olub ki, azğınlaşmış erməni gənclər Ukrayna səfirliyinə borş, lax yumurta və başqa əşyalar atıb, sizin səfirliyin qarşısında provokasiya təşkil edib. Bu nə deməkdir? Axı siz öz bəyanatınızda qeyri-adi heç nə deməmisiniz. Siz sadəcə BMT Təhlükəsizlik Şurasının bütün dünyada Ermənistandan başqa hamı tərəfindən qəbul edilmiş qətnamələrini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinizi bildirmişiniz”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video