Alternative content

18:54 07 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat barədə məlumatlandırılıb
Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat barədə məlumatlandırılıb
ANA SƏHİFƏ / SİYASƏT
16:47 16.07.2020
 
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Belarusun Xarici işlər nazirinin müavini Oleq Kravçenko ilə görüş keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan-Belarus münasibətləri, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfir cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə ağır artilleriyadan istifadə etməklə hücum etdiklərini və bununla əlaqədar yaranmış son vəziyyət barədə ətraflı məlumat verib.

L.Qəndilov son zamanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həllinə dair Avropa İttifaqının, Avropa Parlamentinin və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində bəyanat və qərarlarından Ermənistan rəhbərliyinin qorxduğunu və buna görə də beynəlxalq ictimaiyyətin fikrini Ermənistan-Azərbaycan Dağlıq Qarabağın münaqişəsinin həlli məsələsindən yayındırmağa, bu zonada status-kvonu qorumaq məqsədilə başqa bölgədə Ermənistan-Azərbaycan sərhədində yeni münaqişə mənbəyi yaratmağa çalışdığı bildirilib.

L.Qəndilov Belarus Xarici İşlər nazirinin birinci müavini Andrey Yevdaçenko ilə görüşü zamanı da son hadisələr barədə məlumat verib və Ermənistan tərəfinin Azərbaycan sərhədlərini tanımadıqlarını bildirmələrinə dair bir neçə təkzibolunmaz faktlar təqdim edib.

Görüşlərdə Ermənistan-Azərbaycan münaqişə zonalarını əyani surətdə əks etdirən xəritə və səfirlik tərəfindən hazırlanmış press-reliz qarşı tərəfə təqdim olunub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM