Alternative content

19:43 07 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı gənclər Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər
Azərbaycanlı gənclər Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər
ANA SƏHİFƏ / SİYASƏT
16:42 16.07.2020
 
Bir qrup azərbaycanlı gənc iyulun 16-da Tbilisidə Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında səssiz etiraz aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, aksiyada Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı son günlər həyata keçirdiyi hücum cəhdləri və təxribatlara etiraz bildirilib.

Üzərində ingilis dilində "Erməni terroruna son!”, "Erməni təcavüzünə son!”, "Dağlıq Qarabağın işğalına son!” yazıları olan ağ köynəklər geyinmiş gənclər 1 saat ərzində səfirliyin binası qarşısında səssiz dayanıblar. Bununla onlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə, mülki şəxsləri və yaşayış evlərini hədəfə almasına etiraz, şəhid olan azərbaycanlı hərbçilərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutan gənclər üzlərində üzərinə "Stop COVID-19” və "Stop Armenia” yazılmış maskalar da olub.

Fəal gənc, aksiyanın təşəbbüsçüsü Adnan Hüseyn bildirib ki, tədbiri keçirməkdə əsas məqsəd beynəlxalq ictimaiyyətdən Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, doğma torpaqlarından, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını tələb etməkdir.

"Qəhrəmancasına həlak olmuş hərbçilərimizin qanı yerdə qalmayacaq. Biz ön cəbhədə vuruşan əsgərlərimizin yanındayıq”, - deyə Adnan Hüseyn vurğulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM