Alternative content

15:57 03 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
12:07 03.08.2020 Çaylarda sululuq artıb
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində silahlı şəxslər saxlanılıb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində silahlı şəxslər saxlanılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:42 16.07.2020

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Tofiq adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini Tofiq Qaranizadə Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman "Makarov” markalı tapança, bir daraq və beş patron aşkarlanaraq götürülüb.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə Şəki şəhər sakini Fərid Əbdürəhimov Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində saxlanılıb. Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı "TOZ-17” modelli silah və müxtəlif kalibrli 491 patron aşkarlanaraq götürülüb. Fərid Əbdürəhimov, həmçinin ifadəsində ona məxsus daha bir neçə odlu silah-sursatı həmyerlisi Ruslan adlı şəxsə borclu olduğu üçün verdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Şəki şəhər sakini Ruslan Əliyev də saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı "Naqan” markalı tapança, 41 patron və 1 tüfəng aşkarlanıb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Tofiq Qaranizadə, Fərid Əbdürəhimov və Ruslan Əliyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM