16 Iyul 2020 01:00
436
SİYASƏT
A- A+

“Yenə itki, yenə ruh ağrısı və təəssüf”


Böyük təşviş içində olan ermənilər sosial şəbəkələrdə Paşinyandan hesab sorurlar


Bu günlərdə sosial şəbəkələrin ermənidilli seqmentini Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində erməni silahlı qüvvələrinin törətdiyi növbəti hərbi təxribat nəticəsində işğalçı ölkənin ordusunda itkilərin sayının artması ətrafında müzakirələr zəbt edib. Sosial şəbəkələrdə yayılan xəbərlərdən məlum olur ki, son üç gün ərzində məhv edilən Ermənistan hərbi qulluqçularının sayı dəfələrlə çoxdur, xeyli yaralıları da var.

Bir sözlə, cəbhədəki son hadisələr ermənilərdə böyük bir xof, ümidsizlik yaradıb. Sosial mediada paylaşılan statusları və yazılan şərhləri oxucuların diqqətinə çatdırırıq.


"Müharibə başlasa, Azərbaycanı dayandıran olmayacaq”


Radik Sarafyan adlı "Facebook” istifadəçisi yazır ki, çox qorxulu vəziyyətlə qarşılaşıblar: "Son günlərdə düşmən tərəfi itkilər versə də, bizdə onlardan daha çoxdur. Gizlədilir. Səbəbsiz uşaqlarımız ölümə göndərilir. Paşinyana çox inanırdıq, ümidimizi puç etməkdə davam edir. Şəxsən hər vasitəyə əl atıb uşağımı hərbi xidmətdən yayındıracağam”.

Xarput Mxıtaryan adlı istifadəçi "Odnoklassniki”də paylaşılan xəbərə rəy bildirərək yazıb ki, səsləndirilən düz fikirlər niyə bəzilərini narahat edir? Profilində tarix müəllimi qeyd edilən istifadəçi qeyd edir ki, biz yalan danışmırıq. Öz vətəndaş mövqeyimizi nümayiş etdiririk: "Tarixçi kimi onu demək istəyirəm ki, Ermənistanda bu gün ən çox narahatlıq yaradan məqamlardan biri də Qarabağ münaqişəsi ilə bağlıdır. Son günlərdə atışmalar göstərdi ki, müharibə başlasa problemlər çox olacaq. Dünyanın başı koronavirusa qarışıb və məni narahat edən budur ki, indi savaş başlasa, Azərbaycanı dayandıran olmayacaq”.


"Bizi tam məhvolma gözləyir”


Muşeq Kropyan adlı istifadəçi isə "Facebook”da müharibənin yenidən başlana biləcəyi ilə bağlı paylaşılan xəbərə rəy yazıb: "Mənim əmilərim Qarabağda gedən döyüşlərdə ölüb. Mən insanların ölməsini istəmirəm. Azərbaycan mətbuatından, sosial şəbəkələrindən gördüyümüz qədəri ilə onlar hərbi sahədə böyük işlər görüb. Biz nə etmişik? Hakimiyyət savaşlarının qurbanı olmuşuq. Bu gün də Paşinyanın atdığı addımlardan belə məlum olur ki, onun rəhbərliyi altında bizi parlaq gələcək yox, tam məhvolma gözləyir”.

Hasmik Virabyan adlı "Twitter” istifadəçisi isə Ermənistan rəhbərlərinin hər sahədə İlham Əliyevə uduzduğunu bu günlərdə gedən döyüşlərdə ölən erməni əsgərlərin dəfnindən foto paylaşaraq yazıb: "Bir neçə gündən sonra 22 yaşını qeyd edəcəkdi dostum. Sən də hakimiyyətin növbəti qurbanı oldun. Paşinyan nə qədər özünü pozitiv əhvalda göstərməyə çalışsa da, nə qədər yalan desə də, həqiqət budur: aprel döyüşlərində olduğu kimi, bu dəfə də biz uduzduq. Azərbaycan biraz da irəliləsə, Qarabağdan da qaçacağıq”.


"Dəhşətli atışmalardan sonra yaranan qorxu hələ canımızdan çıxmayıb”


"Vkontakte” sosial şəbəkə istifadəçilərindən Şaqen Martirosyan adlı bir nəfərin şərhi isə hələ də xüsusilə diqqət çəkir: "Düşmən ölkə mediasında Bakıdakı yürüşü gördüm, şoka düşdüm. Biz ermənilər torpaq uğrunda, müharibəyə getmək uğrunda yürüş keçirə bilərikmi? İnanmıram. Dörd il əvvəl aprel döyüşlərində Ermənistanın rəsmi dövlət qurumlarından informasiya verirdilər ki, guya hərbi baxımdan Azərbaycanı üstələyirik. Ancaq dördgünlük müharibə vaxtı da, bu günlərdə də biz bunun tam əksini gördük. Fərq çox böyükdür. Nəyə görə boş yerə ölümə getməliyik”.

Vazgen Şaqinyan adlı birisi isə "Twitter”də yazıb: "Qardaşım Arturla "Whatsapp” vasitəsilə günorta saatlarında danışdım. Tanrıya şükürlər olsun yaxşıdır. Amma mənə dedi ki, "Vazgen, dəhşətli atışmalardan sonra yaranan qorxu hələ də canımızdan çıxmayıb”. Müharibə bizə sərf etməz. Texnikada çox geriyik. Bəli, dostlar! Azərbaycan ordusunu gücləndirmək üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Bəs baş nazirimiz nə edir?”

Vardvan Arturyan adlı müharibə iştirakçısı isə "İnstagram”da Ermənistan müdafiə nazirinin çıxışının paylaşıldığı xəbərə çox maraqlı bir rəy yazıb: "Diplomatik sferada Azərbaycan Prezidentinə uduzuruq, heç nə demirik. Lakin cəbhədəki döyüşlərdəki məğlubiyyət bir müharibə veteranı olaraq bizləri ciddi narahat edir. Niyə həlak olanların sayını dəqiq açıqlamırsınız?”


"Paşinyana deyin Əliyevə zəng etsin”


Ruzanna Maksimyan adlı istifadəçi isə "Facebook”da cəbhədə gedən döyüşlər barədə müdafiə nazirliyinin paylaşdığı xəbərə münasibət bildirib: "Siz həqiqətən bizi ələ salırsınız? Azərbaycan sərhədyanı kəndlərimizi bombardman edir, siz də deyirsiniz ki, bizim artıq 2 itkimiz var. Baş nazirin səhifəsinə daxil olanda nələr görürsən? Populist çıxışlarla dolu paylaşımlar”.

Radik Sarafyan adlı istifadəçinin isə "Facebook”da canlı yayımda Paşinyana ünvanladığı sual çoxlu bəyənmə toplayıb: "Baş nazir, bu çətin anda siz sərhəddəki vəziyyət haqqında danışmaq istəmirsiniz? Sizin səssizliyinizi başa düşmürəm, bizim Berd şəhərimizə məhz davamlı atəş açılır, siz isə susursunuz, bu nə deməkdir? Paşinyana deyin Əliyevə zəng etsin”.

Qurqen Avaqyan adlı istifadəçinin "Twitter”də paylaşımı isə daha çox "retweet” olunub: "Dünən bir video yayılmışdı ki, azərbaycanlılar bizim postlarımızı götürüblər, bizim əsgərlərimizin meyitlərini çəkiblər, indi nəyə inanaq, bilmirik. Yenə itki, yenə ruh ağrısı və təəssüf. Paşinyan, istefa!”

Bütün bunlar əsl həqiqətlərin nədən ibarət olduğunun artıq erməni cəmiyyəti tərəfindən də dərk olunduğunu aydın nümayiş etdirir və belə vəziyyət Azərbaycanın informasiya müharibəsində möhtəşəm qalibiyyətinin real təzahürüdür.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video