15 Iyul 2020 22:26
548
CƏMİYYƏT
A- A+

Qəbələdə şəhidlərin xatirəsi ehtiramla anılıb


Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun, həmçinin digər şəhidlərin xatirəsi Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə iyulun 15-də keçirilən "Vətən sənə oğul deyir” adlı tədbirdə dərin ehtiramla anılıb.

Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, onlayn formada keçirilən tədbirin əvvəlində ermənilərin təxribatları nəticəsində qəhrəmancasına həlak olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edərək növbəti dəfə təxribat törədiblər. Ermənistan tərəfinin təxribatlarına layiqincə cavab verən Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirərək, bir qarış torpağımızın belə düşmən əlinə keçməsinə imkan verməyiblər. Dövlət sərhədimiz qəhrəman hərbçilərimizin qanı, canı bahasına qorunub. Bu təxribat nəticəsində Azərbaycan hərbçiləri, həmçinin mülki şəxs həlak olub.

Vurğulanıb ki, döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun və digər şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində torpaqlarımız tezliklə düşməndən azad olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video