15 Iyul 2020 17:09
457
SİYASƏT
A- A+

Yaponiya XİN Ermənistan-Azərbaycan sərhədindəki qarşıdurma ilə əlaqədar narahatlığını ifadə edib


İyulun 15-də Yaponiya Xarici İşlər Nazirliyi Ermənistan - Azərbaycan sərhədində qarşıdurma ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən agentliyin bu ölkədəki müxbir məntəqəsinə göndərilən məlumatda bildirilib.

Bəyanatın mətnində deyilir ki, Yaponiya Ermənistan-Azərbaycan sərhədində bu günlərdə baş verən qarşıdurma və insanların həlak olması ilə əlaqədar narahatlığını ifadə edir. Bütün münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa və maksimum təmkin nümayiş etdirməyə çağırır.

Sənəddə qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında münaqişənin yekun həlli Qafqaz regionunda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, Yaponiya ATƏT-in Minsk qrupunun həmsədrlərinin iki ölkə arasında münaqişənin həlli istiqamətində səylərini dəstəkləyir və problemin beynəlxalq hüququn prinsipləri əsasında sülh yolu ilə həllini gözləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video