15 Iyul 2020 15:21
499
DÜNYA
A- A+

Türkiyədə Demokratiya və Milli Birlik Günü geniş qeyd olunur

 
Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar rəsmi mərasimlər keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyul hadisələrində şəhid olanların ailə üzvləri və qazilərlə birlikdə "15 Temmuz” abidəsi önünə tər çiçəklər düzüb.

AZƏRTAC xəbər verir ki, ikinci protokol tədbiri Türkiyə Böyük Millət Məclisində təşkil olunub. Türkiyə parlamentinin sədri Mustafa Şentop məlum hadisələrin acısından və Türkiyə xalqının göstərdiyi qəhrəmanlığın dövlətçilik tarixindəki rolundan danışıb.

Mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan məlum hadisələrlə bağlı fikir və düşüncələrini bölüşüb. Dövlət çevrilişinə cəhd edən terror təşkilatını kəskin ifadələrlə ittiham edən dövlət başçısı deyib ki, bəzən bir qəhrəman qocaman bir millətin taleyini dəyişir. 15 iyul ölkəmizin dörd bir tərəfindən milyonlarla qəhrəman ortaya çıxarıb və onlar bütün millətin gələcəyinə möhür basıblar.

Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı il iyulun 15-də dövlət çevrilişinə hərbi cəhd göstərib. Nəticədə 251 qəhrəman türkiyəli şəhid olub, 2 min 194 nəfər yaralanıb. Bu çevriliş cəhdi nəticəsində Türkiyə dövlətinə və xalqına böyük həcmdə maddi və mənəvi zərər vurulub. Qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlətçiliyini əzmlə qoruyub. Azərbaycan xalqı və dövləti hər zaman olduğu kimi, 15 iyul hadisələrində də Türkiyənin yanında olub, öz dəstəyini əsirgəməyib. Baş verən faciəli, lakin şərəfli hadisələrin dördüncü ildönümündə Türkiyə dövlətinin və millətinin sərgilədiyi qətiyyətli mövqe bir daha deməyə əsas verir ki, bu xalq həm tarix yaratmaq, həm də onu qorumaq üçün zəngin ənənələrə malikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video