15 Iyul 2020 12:29
423
SİYASƏT
A- A+

Tacikistan portalı: Azərbaycan ordusunun cavab atəşi ilə Ermənistanın atəş nöqtələri məhv edilib

 
Tacikistanın avesta.tj portalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisindəki son təxribatı ilə bağlı rus dilində geniş məqalə verib.

Məqalədə deyilir ki, iyulun 12-dən başlayaraq Ermənistan ordusunun qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycan ordusunun Tovuz rayonu ərazisindəki mövqelərini minamyot və iri çaplı pulemyotlardan atəşə tutub, ölənlər və yaralananlar var.

Bildirilir ki, Azərbaycan ordusunun cavab atəşi ilə Ermənistanın atəş nöqtələri məhv edilib. Cəbhə xəttindəki təxribatlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi iləTəhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı çıxışında bu təxribata görə bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev deyib:"Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm”.

Yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da ətraflı məlumat verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video