15 Iyul 2020 12:28
524
SİYASƏT
A- A+

Pakistan mətbuatı: Azərbaycanla sərhəddəki təxribata görə Ermənistan tam məsuliyyət daşıyır

 
Pakistanın Diplomatic News Agency, Dispatch News Desk xəbər agentliklərinin, həmçinin "Islamabad Post” qəzetinin veb səhifələrində Ermənistanın son günlərdə Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan ilə dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatdan bəhs olunur. Qeyd olunur ki, Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək üçün artilleriyadan istifadə edərək hücuma keçən düşmənin hücumunun qarşısı alınıb. Döyüşlərdə Azərbaycan ordusunun hərbçiləri şəhid olub, yaralananlar var.

Bildirilir ki, təxribatı törədən Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycan UAZ hərbi maşını ilə erməni mövqelərinə hücum edib, bu, çox gülünc və cəfəng səslənir. Əgər Azərbaycan Ermənistana hücum etmək istəsəydi, yüngül UAZ hərbi texnikasından deyil, ordunun sərəncamında olan hücum əməliyyatları üçün yararlı zirehli döyüş maşınları və digər dağıdıcı ağır hərbi texnikadan istifadə edərdi.

Ermənistanın bu təxribatı törətməkdə məqsədi xalqın diqqətini ölkənin daxilindəkı acınacaqlı vəziyyətdən yayındırmaq, həmçinin özünün dövlət sərhədində gərginlik yaratmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da münaqişəyə cəlb etmək idi. Ermənistan KTMT ölkələrini öz çirkin siyasətinin əsirinə çevirməyə və bu təşkilatın arxasında daldalanmağa çalışır. Lakin KTMT daxilində sağlam məntiq qalib gəldi və sözügedən məsələ ilə bağlı təşkilatın planlaşdırılan növbədənkənar Daimi Şura görüşü ləğv olundu. KTMT ölkələri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.

Məqalələrdə, eyni zamanda, Azərbaycan ordusunun Aprel döyüşlərində qazandıqları parlaq qələbədən də bəhs olunur.

Həmçinin qeyd olunur ki, bu yaxınlarda qəbul edilmiş milli təhlükəsizlik strategiyasında özünün təcavüzkar siyasətini bir daha əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq və işğalçı qüvvələrini beynəlxalq səviyyədə tanınan ərazilərdən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək və bölgədəki gərginliyi artırmaq məqsədini açıq şəkildə nümayiş etdirir. Yazılarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla bağlı "Bir tərəfdən Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətə müraciət edir və qoşunların təmas xəttində atəşkəs rejiminin gücləndirilməsi üçün kömək istəyir, digər tərəfdən isə hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə hücum etməyə, mövqelərimizi ələ keçirməyə, mülki əhalini, kəndlərimizi təhlükəyə düçar etməyə can atır” fikirlərinə də yer verilib.

Bununla yanaşı, bildirilir ki, Ermənistanın bu təxribatı ATƏT-in Minsk qrupu həmsədrlərinin (Rusiya, ABŞ və Fransa) vasitəçilik etdiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların mahiyyətini və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinin icrasını ciddi şübhə altına qoyur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video