Alternative content

17:19 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Unudulmayan tarix
Unudulmayan tarix
ANA SƏHİFƏ / SİYASƏT
02:30 15.07.2020


Ulu Öndər 1969-cu ildən başlayaraq Azərbaycanda inkişaf və tərəqqi dövrünün əsasını qoydu


"Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir... Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda biz ən sonuncu yerlərdə idik. O, Azərbaycanı böyük inkişafa doğru apararaq ən qabaqcıl yerlərə qədər ucaltdı”.

İlham ƏLİYEV


Azərbaycan tarixində ən parlaq dövr, ən güclü inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin respublikaya siyasi hakimiyyətə gəldiyi gündən başlayır. Məhz həmin andan böyük rəhbərin titanik, məqsədyönlü fəaliyyəti nəticəsində ölkə misilsiz inkişafa döğru yüksəlmiş, özünün əsl tərəqqi, intibah dövrünü yaşamışdır. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi illər ərzində milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirmiş, daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən mürəkkəb məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmiş, böyük fədakarlıqlar göstərmiş, fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan görə bilmişdir. Yalnız bir yolla - bütöv və tam həqiqətin yolu ilə gedən və ağlasığmaz uğurlar qazanan dahi şəxsiyyətin dövlətçilik fəaliyyəti, əslində, tarixi faktların etirafıdır. Çünki reallıq və həqiqət böyüklük və qüvvət əlamətidir. Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olan, sabahkı gün, insanların xoş gələcəyi, gözəl arzular və xəyallar haqqında düşünən, onları reallığa çevirən bir şəxsiyyətin həyat amalı ancaq həqiqət konsepsiyasına bağlıdır. Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq həqiqətin meyarı isə dəyişməz qalır.


Xalqın adamı


1969-cu il iyulun 14-də Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində fəaliyyətə başlamasının ilk günlərindən aydın oldu ki, dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsl milli liderini tapmışdır. Milli lider isə hər bir xalqın taleyində nadir hadisə, fenomendir. Tarixi təcrübə göstərir ki, liderlik keyfiyyətlərinə malik şəxsiyyətlərin yetişməsində mühit və hadisələr başlıca rol oynayır. Bu prosesdə onlar özləri də mövcud şəraitin qarşıya qoyduğu vəzifələrin icrası üçün yeni vasitə, münasibət və yanaşma əxz edirlər.

Azərbaycan KP MK-nın iyul plenumunda 10 ildən artıq müddətdə respublikaya rəhbərlik etmiş ozamankı birinci katib Vəli Axundov səhhəti ilə bağlı vəzifəsindən istefa vermiş və elmi işlə məşğul olmaq arzusunu bildirmişdir. Plenumda çıxış edən keçmiş Sov.İKP MK-nın katibi İ.V.Kapitonov son illərdə respublikanın bütün ittifaq göstəricilərindən geridə qaldığını bildirmiş, vəziyyətin narahatlıq doğurduğunu xüsusi vurğulamışdır və həmin mötəbər məclisdə Heydər Əliyevin Azərbaycanın birinci katibi vəzifəsinə namizədliyi irəli sürülmüş və yekdilliklə dəstəklənmişdir. Bu isə respublikanın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Ulu Öndər həm birinci, həm də ikinci dəfə ölkənin ən ağır vaxtlarında - ictimai münasibətlərin kəskin şəkildə gərginləşdiyi, dövlət idarəçiliyinin fundamental əsaslarının dağıldığı, cəmiyyətin zehnində dolaşıqlıq və mənəvi dayaqlarında hərc-mərclik yarandığı dövrlərdə rəhbərliyə gəlmiş və respublikanı nəinki düşdüyü vəziyyətdən çıxara bilmiş, habelə qısa vaxtda onun sürətli inkişafına nail olmuşdur. Ulu Öndər 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi ilə cəmiyyətə ədalət gətirmişdir. Haqqın gücünə insanların sönmüş inamını bərpa etmişdir. İnsanlar görmüşdülər ki, artıq yuxarılarda onların da sözünü deyən, dərdlərini, problemlərini eşidən var.


İlk növbədə sağlam milli kadr bazası yaradıldı


1970-1980-ci illərdə Heydər Əliyevin apardığı irimiqyaslı yenidənqurma işləri postsovet məkanının digər respublikaları tərəfindən diqqətlə izlənir, atdığı hər bir addım geniş müzakirələrə səbəb olurdu. Həmin dövrdə azərbaycanlılar üçün çətinlik törədən amillərdən biri sovet Azərbaycanının partiya və inzibati orqanlarında kök salmış kosmopolit kadrların olması idi. Xüsusilə o zaman Bakıda yaşayan ermənilər siyasi-iqtisadi, hərbi və hüquq mühafizə orqanlarında, bir sözlə, hakimiyyətin əksər pillələrində təmsil olunur və bütün qüvvələrini milli kadrların yerləşdirilməsinin qarşısını almağa yönəldirdilər. Rəhbərliyə gəlməmişdən əvvəl DTK orqanlarında durmadan yüksələn və yüksəldikcə də Azərbaycan milli elitası ilə güclü əlaqələr yaradan, xalqını, millətini sevən böyük vətənpərvərin qarşısıalınmaz qətiyyəti onları qorxuya salırdı. Heydər Əliyev uzaqgörən və məqsədli siyasi xətt yeridərək birinci növbədə milli kadrların yüksəlişinə nail oldu və rəhbər vəzifələrdən erməniləri uzaqlaşdırdı. Ulu Öndər hələ o zaman çox gözəl anlayırdı ki, ən qorxulu qüvvə onu hədəfə götürmüş erməni mafiyasıdır.

Moskvadan himayə və məsləhət alan bu millətin nümayəndələri respublika rəhbərinə hər an göz qoyur, onun hər bir hərəkətini özləri üçün müəyyənləşdirməyə çalışırdılar. Ermənilərin fitnələri isə ustalıqla dəf edilirdi. Heydər Əliyev siyasətinin başlıca məramı güclü dövlət, güclü iqtisadiyyatla yanaşı, sağlam milli kadrlar yetişdirmək idi. Ona görə də ölkə rəhbəri milli təhsilin səviyyəsini və keyfiyyətini yüksəltmək üçün fəal təhsil və kadr konsepsiyasını irəli sürdü. Ali məktəblərə qəbul sahəsində neqativ hallara qarşı sərt mübarizə başlandı.

Təhsildə islahatlar dönüş xarakteri aldı. Yeni ali məktəblər və onların filialları yaradıldı. Keçmiş SSRİ-nin dünya səviyyəli təhsil ocaqlarına tələbələrin göndərilməsi böyük miqyas aldı. Milli kadr bazasının yaradılması üçün uzaqgörən məqsədli niyyətlər özünü açıq şəkildə göstərirdi. Kadr korpusunun istedadlı gənclər hesabına təzələnməsi görünməmiş sürətlə gedirdi. Gənclər respublikanın elmi-texniki və mədəni potensialının yüksəldilməsindən ötrü son dərəcə gərəkli ixtisaslara yiyələnmək üçün Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi. Azərbaycanın elmi və kadr potensialı möhkəmlənir, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği üçün imkanlar genişlənirdi. Faktiki olaraq qısa müddətdə Azərbaycanın yeni tipli milli kadr bazası yaradıldı, bir çox elmi məktəblərin əsası qoyuldu. 1969-cu ilin avqust plenumunda isə iki əsas prinsip də irəli sürüldü: milliləşmə konsepsiyasına uyğunluq və yüksək professionalizm.

Ötən əsrin 70-ci illərinin ortalarında ağıllı kadr siyasəti nəticəsində bu mühüm vəzifələr yerinə yetirildi. Hər bir erməni kadrının vəzifədən uzaqlaşdırılması o zaman ciddi qalmaqal doğursa da, görülən tədbirlər, aparılan əməli işlər ən yüksək səviyyədə respublika rəhbəri Heydər Əliyev tərəfindən birmənalı şəkildə himayə olunurdu. Moskvaya qədər hamı bilirdi ki, Azərbaycanın birinci katibi aşağıların apardığı kadr siyasətini və dəyişiklikləri daim müdafiə edir. Çünki həmin kadr siyasəti elə rəhbərin özünün yeritdiyi siyasət idi.


Ulu Öndər ana dilində danışan ilk rəhbər idi


Ulu Öndər ana dili siyasətinə xüsusi diqqət yetirirdi. Təbii ki, sovet dövrünün ehkamları respublika rəhbərindən bütün rəsmi tədbirlərdə yalnız rus dilində danışmağı tələb edirdi. Heydər Əliyev rəsmiyyətçilikdən kənara çıxmaq üçün imkan düşən kimi o, Azərbaycan dilinə müraciət edirdi. Böyük rəhbərin hələ ötən əsrdə Azərbaycana birinci katib seçiləndən bəri yeritdiyi dil siyasəti bir məqsədə xidmət etmişdir: ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq. Ümummilli Lider Azərbaycan dilini yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada ictimai mövqeyi ilə tanınan bir xalqın milli sərvəti olduğunu dərindən dərk edirdi. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən mərasimdə respublika rəhbəri ana dilində çıxış etdi. 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəanın müəllifi oldu.

1995-ci ildə Konstitusiya Komissiyasının sədri Heydər Əliyev layihədə dövlət dilinin adı ilə bağlı geniş müzakirələr keçirdi. 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi tədbirləri haqqında” fərman imzaladı. Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. 2003-cü ildə "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qüvvəyə mindi.


Güclü dövlət, güclü iqtisadiyyat


Hələ o zaman Ulu Öndər Heydər Əliyev belə hesab edirdi ki, Azərbaycan iqtisadiyyatını yüksək səviyyəyə qaldırmadan müstəqilliyə keçmək və müstəqil ölkə kimi yaşamaq qeyri-mümkündür. Buna nail olmaq üçün respublika rəhbəri bütün vasitələrlə Azərbaycan iqtisadiyyatını inkişaf etdirməyə, sovetlər birliyinin mərkəzi dövlət və təsərrüfat orqanlarında respublika üçün çox böyük vəsaitlər ayrılmasına çalışırdı. Qısa tarixi zamanda Heydər Əliyev dünyanın ən iri müəssisələrinin Bakıda tikintisinə nail oldu. Kənd təsərrüfatında, yerli emal sənayesində uğurlar qazanıldı. Bunlar praktik olaraq Azərbaycanın müstəqilliyə keçməsini təmin edəcək milli iqtisadi bazanın yaradılması demək idi.

Respublikada iri maşınqayırma, kimya, neft kimyası və elektron sənayesi, əlvan və qara metallurgiya, yüngül, yeyinti və emal sənayesi müəssisələri inşa olundu, habelə elektroenergetika, nəqliyyat kompleksi ciddi şəkildə inkişaf etməyə başladı. 1980-ci ilin göstəricilərinə görə sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu illə müqayisədə iki dəfə artaraq 8,4 milyard rubla çatdı. Azərbaycanda sənaye istehsalı üç dəfə yuksəldi. 1976-cı ildən etibarən respublika sənaye istehsalının artım sürətinə görə ittifaq üzrə ön sıralara çıxdı.

1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalının həcmi 1969-cu ildəkinə nisbətən 3,9 dəfə artdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə keçmiş ittifaq hökuməti 1979-cu ilin 22 fevralında "Azərbaycan SSR-də üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi haqqında” qərar qəbul etdi. Bu qərara görə 1985-ci ilədək Azərbaycanda üzüm istehsalı üç milyon tona çadırılmalı idi.

Respublikada geniş tikinti-quruculuq işləri aparılırdı. 1970-1985-ci illərdə yeni mənzillər tikilmişdi ki, bu da sovet Azərbaycanında əvvəlki illərdə inşa edilmiş binaların 70 faizinə bərabər idi. Yeni iş yerlərinin yaradılması nəticəsində iqtisadiyyatda çalışanların ümumi sayı 1985-ci ildə 2,4 milyon nəfərə çatmışdı. Qeyd edək ki, bu, 1970-ci ilin müvafiq göstəricilərindən 1,5 dəfə çox idi. 1969-cu ildə orta aylıq əmək haqqının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublika arasında axırıncı yerdə dayandığı halda, 1980-ci ildə dördüncü yerə yüksəlmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimindəki çıxışında Ulu Öndərin sovet dövründəki xidmətlərini qeyd edərək demişdir: "Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi. O vaxt, - gənclər təbii ki, bunu bilmirlər, - respublikaları fərqləndirən bir neçə əlamət var idi. Onların arasında keçici "Qırmızı bayraq” var idi. Yəni "Qırmızı bayraq” ilə o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm kənd təsərrüfatında, həm də bütün digər sahələrdə böyük uğurlar var idi. Bax, Heydər Əliyevin dövründə 13 il ərzində Azərbaycan hər il bu "Qırmızı bayrağı” alırdı. Bu, bir daha onu təsdiq edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük uğurlu yol keçmişdir”.


Vətən sevgisinin gücü


Respublikanın yeni rəhbəri milli-mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycanın elmi potensialının inkişafına böyük diqqət göstərirdi. Ölkənin mədəniyyət və incəsənət xadimləri, ziyalılar keçmiş İttifaq miqyasında yüksək dövlət mükafatları ilə təltif edilir, ziyalıların cəmiyyətdəki nüfuzunun bərpa edilməsinə xüsusi əhəmiyyət verilirdi. Ulu Öndər Azərbaycanın ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən qətiyyətlə müdafiə etməyə, onların sıxışdırılmasının qarşısını almağa da müvəffəq olmuşdu. Bunun ən bariz göstəricisi ondan ibarətdir ki, 1969-cu ildən sonra Azərbaycanda bir nəfər də olsun dissident ziyalı qeydə alınmamışdı. Bir sözlə, həmin illərdə biz dilimizi, ədəbiyyatımızı, tariximizi, musiqimizi - nadir milli mədəniyyətimizin bütün qatlarını özümüz üçün sanki təzədən açır və yenidən qiymətləndirirdik.


Bu, bir cəsarət nümunəsi idi


Heydər Əliyev bu nümunəni tarixin başqa anlarında da təkrar-təkrar nümayiş etdirdi. Milli ruhun daşıyıcısı olan ziyalılarımızı təzyiq və təqiblərdən qoruyanda da, bu ruhu əks etdirən əsərlərə himayədarlıq edib onlara həyat qazandıranda da, keçmiş SSRİ-nin ali rəhbərlərindən biri kimi Kremldə çalışdığı illərdə Azərbaycan və ümumilikdə müsəlman ölkələri ilə bağlı göstərdiyi təəssübkeşlikdə, prinsipiallıqda da...

Ulu Öndərin uzaqgörənliyini sübut edən faktlardan biri Azərbaycanda C.Naxçıvanski adına hərbi məktəbin açılması idi. Bu addım respulikada hərbçi kadların hazırlanmasına geniş şərait yaratdı.

Böyük rəhbərin əsas diqqət yetirdiyi məsələlərdən biri də elmin inkişafını təmin edən addımların atılması ilə bağlı olmuşdu. Məhz həmin 1969-cu il plenumundan sonra Azərbaycanda elm adamlarının sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirildi. Azərbaycanlı alimlər ən yuksək dövlət mükafatları ilə təltif olunur və ittifaq miqyasında tanınmağa başlayırdılar. Onların əsərləri Rusiyada, xarici ölkələrdə çap edilirdi, respublikada böyük elmi konfranslar keçirilirdi.

Bütün bunlar sovet Azərbaycanının tarixində çox əlamətdar bir dövrün əsasının qoyulduğunu təsdiqləyir. Heydər Əliyevin elan etdiyi prinsip və ideyalar ötən əsrin 70-ci illərində respublikada tərəqqinin və intibahın başlıca istiqamətlərini müəyyənləşdirmişdi. Ulu Öndərin sovet siyasi arenasında rəhbərliyə gəlişi bütün maneələri dəf edərək, ilk növbədə, müstəqil düşüncəyə yol açmışdır. Ümummilli Lider dövlətçiliklə bağlı çıxışlarında həmişə deyirdi: "Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır... Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin”. Heydər Əliyev fenomeninin böyüklüyü məhz xalqı qarşısında daim yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə çalışması ilə xarakterizə olunmuşdur. Ulu Öndər qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Bu isə dahi rəhbərə Ümummilli Liderlik zirvəsini fəth etmək imkanı vermişdir.

İradə ƏLİYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM