Alternative content

06:41 09 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:28 09.08.2020 Musiqi ilə keçən ömür
00:26 09.08.2020 Ramana qalası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda koronavirusla mübarizə davam edir
Azərbaycanda koronavirusla mübarizə davam edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:26 15.07.2020


Qlobal böhrandan minimum itkilərlə çıxmaq üçün bütün qüvvələr səfərbər olunub


Dünya ölkələrinin qlobal pandemiya ilə mübarizəsi davam edir. Müxtəlif sanitar-epidemioloji, profilaktik, məhdudlaşdırıcı tədbirlərə rəğmən hələ də virusun yayılma sürətini azaltmaq, yoluxma hallarının qarşısını almaq mümkün deyil. Artıq bütün planetdə yeni növ koronavirusa yoluxanların sayı 13 milyon nəfəri keçib. COVID-19 virusunun qurbanlarının sayı isə 600 minə çatıb.

Hazırda bəşəriyyət gözünü və ümidini koronavirus peyvəndinin tapılmasına dikib. Artıq son günlər vaksinlə bağlı ümidverici xəbərlər də yayılmaqdadır. Belə ki, Rusiyada koronavirus vaksininin kliniki sınaqları uğurla başa çatıb, alimlər onun insan üçün təhlükəsizliyini təsdiq ediblər. Rusiyanın Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib ki, Seçenovsk Universiteti dünyada koronavirus əleyhinə ilk vaksinin könüllülərin üzərində sınaqlarını müvəffəqiyyətlə başa çatdırıb. Vaksini sınaqdan keçirmiş könüllülərin birinci qrupu iyulun 20-də müşahidə altında evə buraxılacaq. Vaksinin təhlükəsizliyinin alimlər tərəfindən tamamilə təsdiq edildiyi, könüllülərin sağlamlığında problemlər müşahidə olunmadığı deyilir.

ABŞ-da isə dörd peyvəndin klinik sınaqlarına başlanılıb. Əczaçılıq şirkətləri yayın sonunadək vaksin istehsalına başlamağı planlaşdırırlar.

Hələlik isə peyvənd tam hazır olanadək bəzi ölkələr koronavirusun yoluxmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlər, xüsusi karantin rejimi tətbiq edirlər. İndiki şəraitdə koronavirusun yayılma arealını azaltmaq üçün görülən effektiv tədbirlərdən biri məhz karantin rejiminin tətbiqidir.


Koronavirusla mübarizədə Azərbaycan nümunəsi


Əhalinin say tərkibinə, xəstələnənlərin sayına, digər ölkələrin və Ümumdünya Səhiyyə Təşkilatının statistikalarına baxanda demək olar ki, ölkəmiz virusla mübarizədə irəlidədir. Belə ki, qlobal bəşəri təhlükə yayılmağa başlayandan Azərbaycan dünyanı bürümüş virusa qarşı mübarizədə ən ciddi tədbirlər görmüş ölkələr sırasına qoşuldu. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə pandemiyaya qarşı vaxtında görülən preventiv tədbirlər sayəsində koronavirusun ölkəmizdə tüğyan etməsinin qarşısı alındı. Azərbaycan dövləti Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq, ilk gündən, xəstəlik ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl onun ciddiliyini anladı və dünyada öz sərhədlərini qapadan, bütün təhsil müəssisələrini bağlayan, kütləvi tədbirləri, idman yarışlarını təxirə salan ilk ölkələrdən biri oldu. Dövlətimiz COVID-19-la mübarizəyə vaxtında başladı və bu istiqamətdə görülən tədbirlər effektini göstərdi. Məhz dövlət tərəfindən vaxtında atılan mühüm addımlar, məhdudlaşdırıcı tədbirlər, karantin rejiminin tətbiqi ölkədə koronavirusa kütləvi yoluxma hallarının qarşısını aldı. Digər ölkələrlə müqayisədə Azərbaycanda koronavirusa yoluxma və ölüm hallarının azlığı ölkəmizin qlobal pandemiyanın öhdəsindən bacarıqla gəldiyinin əyani sübutudur. Ümumdünya Səhiyyə Təşkilatı da bu sahədə respublikamızda atılan addımları təqdir edərək, ölkəmizin təcrübəsini digər dövlətlərə nümunə göstərdi. Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə vətəndaşlarımız da Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları yazırlar.

Azərbaycanda virusla mübarizə hələ də qətiyyətlə davam etdirilir. Qlobal böhrandan minimum itkilərlə çıxmaq üçün bütün qüvvələr COVID-19-a qarşı səfərbər edilib. Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq, yeni növ koronavirusla mübarizə sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi iyulun 13-də Azərbaycana gəlib. Kubalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər. Bu heyət 3 ay müddətində Azərbaycanda olacaq. Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərir.


Virusa yoluxmuş həkimlərin səhhəti Mehriban Əliyevanın nəzarətindədir


Mərhələli şəkildə həyata keçirilən təsirli tədbirlər sayəsində demək olar ki, yeni növ koronavirus ölkəmizdə nəzarət altındadır. Mütəmadi olaraq epidemioloji vəziyyət dəyərləndirilir, uyğun addımlar atılır. Buna baxmayaraq hələ də yoluxma sayı yüksəkdir. Mayda karantin rejiminin yumşaldılmasını bir çox vətəndaşlar xəstəliyin yox olması kimi anlayaraq, qoyulan qaydalara etinasız yanaşdı. Sosial məsafə saxlanılmadı, maska taxılmadı, nəticədə bu məsuliyyətsizliyin acı reallığı ilə qarşı-qarşıya qaldıq. İyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başladı, gündəlik təsdiq edilmiş yoluxma hallarının sayı 500-ü ötdü, virus qurbanlarının sayı çoxaldı. Ölkədəki epidemioloji vəziyyət qənaətbəxş olmadığı üçün xüsusi karantin rejimi yenidən sərtləşdirildi. Bu qərar artıq öz nəticəsini verməkdədir. Virusa yoluxanların sürətlə artan sayı hazırda sabitləşib. İyulun 13-də isə sağalanların sayı artaraq yoluxanların sayını üstələdi.

Təəssüf ki, Azərbaycanda virusa yoluxanlar və həyatını itirənlər arasında tibb işçiləri də var. İlk gündən etibarən ölkəmizdə virusdan sağalanların sayının yüksək olmasında, ağır xəstələrin həyata qaytarılmasında həkimlərin, tibb işçilərinin fədakar əməyi danılmazdır. Məhz onların sayəsində 15 mindən çox vətəndaşımız təhlükəli bəladan qurtulub. Həkimlərimizin virusa qarşı mübarizəsi, vətəndaşlarımızın sağalması uğrunda öz canlarını belə heçə sayaraq fədakarlıq etmələri dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər bir vətəndaşın sağlamlığına diqqətlə, həkimlərin səhhətinə isə xüsusi həssaslıqla yanaşırlar. Xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Mehriban Əliyevanın tapşırığına əsasən daim diqqət mərkəzində saxlanılır, eləcə də virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilir.

Amma koronavirusla ön cəbhədə vuruşan həkimlərimizin səhhəti təkcə dövlət rəhbərliyi tərəfindən deyil, hər bir vətəndaş tərəfindən düşünülməlidir. Hər kəs karantin qaydalarına, gigiyena şərtlərinə əməl edərək, sosial məsafə saxlayaraq, maska taxaraq özünü qorumaqla həkimlərin də yükünün ağırlaşmamasına, həyatlarının təhlükəyə düşməməsinə rəvac vermiş olar.


Qaydaları pozanlar məsuliyyətə cəlb olunurlar


Lakin nə qədər yazılsa da, deyilsə də, cərimələr tətbiq edilsə də, hər gün karantin rejimini pozan şəxslər yenə aşkarlanmaqdadır. Polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı icazələri olmadan və yaxud iş üçün icazələri olsa da, rayonlara istirahət məqsədilə gedən şəxslər müəyyənləşərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, cərimə olunurlar.

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 13.07.2020-ci il saat 00:00-dan 14.07.2020-ci il 00:00-dək olan müddət ərzində 1310 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. 385 nəqliyyat vasitəsinin isə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda və regionlarda fəaliyyət göstərən 41 ictimai iaşə obyekti, 153 ərzaq satışı mağazası olmaqla, ümumilikdə, 194 müəssisədə reyd keçirilib. Bu obyektlərdən 76-da metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barəsində qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Vətəndaşlar bilməlidirlər ki, pandemiya dövründə həyata keçirilən bütün tədbirlər, qadağalar məhz onların sağlamlığı, rifahı üçün hesablanıb. Hər kəs özünü, yaxınlarını düşünərək maksimal dərəcədə anlayışlı olmalı, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamalı, bəsit gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalı, ehtiyac olmadıqda evdən çıxmamalıdır. Yalnız bu zaman yoluxma zəncirini qırmağa kömək edə, virusa qalib gələ bilərik.

Xəyalə MURADLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM