Alternative content

06:13 09 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:28 09.08.2020 Musiqi ilə keçən ömür
00:26 09.08.2020 Ramana qalası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu kənd bizim kəndimizdir!
Bu kənd bizim kəndimizdir!
ANA SƏHİFƏ / SİYASƏT
02:19 15.07.2020


Erməni vandalları növbəti təxribata əl atdılar. İşğalçılıq siyasəti yeritdiklərini bir daha sübut etdilər, nə qədər rəzil olduqlarını bir daha təsdiqlədilər. İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozdular, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular, hücuma keçməyə cəhd göstərdilər.

Əlbəttə ki, adekvat tədbirlər nəticəsində düşmənə lazımi cavab verildi. Hazırda vəziyyət gərgin olaraq qalır. Yəni mənfur qonşu öz mənfurluğundan əl çəkmək istəmir.

Düşmənin Tovuzun sərhəd kəndlərində atəşkəsi pozması birinci dəfə deyil. O cümlədən vaxtilə çörəyi-suyu ilə dolandıqları Ağdam kəndinə də dönə-dönə xəyanətkarlıq ediblər. O kənd ki, uzun illərdir yağı ilə üzbəüz dayanıb, ondan qorxmayıb, lazım gəldikdə layiqincə cavabını verib, bir qarış belə, geriyə çəkilməyib. O kənd ki, yenə də neçə gündür yağı onu rahat buraxmır. Lakin əbəs yerə!..

Hələ neçə illər bundan qabaq düşmən torpağımıza susayanda bu kəndin sakinləri silaha sarılaraq yurda sipər oldular. Sonra ordumuz formalaşdı, gücləndi, yurdun, o cümlədən Ağdam kəndinin müdafiəsi möhkəmləndi. İndi bu kəndi həm də Azərbaycanın müxtəlif bölgələrində böyüyüb boya-başa çatmış igidlər qoruyur.

Çünki bu kənd Azərbaycan kəndidir, çünki bu kənd bizim kəndimizdir, hər bir azərbaycanlının kəndidir. Mənim üçün Ağdam üstəlik doğma kəndimdir, nənələrimin, babalarımın uyuduğu torpaqdır, atamın və anamın son mənzilə qovuşduğu məkandır. Az qala hamının bir-biri ilə qohumluq telləri ilə bağlandığı, mənim də doğmalarımın yaşadığı və yeri gələndə uğrunda qanından-canından keçdiyi, şəhid olduğu vətəndir.

Elə bugünlərdə şəhidlik zirvəsinə yüksələn Azərbaycan övladları, qardaşlarımız və oğullarımız sırasında daha bir doğmam, bibim nəvəsi Elşad Dönməz oğlu Məmmədov da var. Toyunun "Vağzalı” səsi hələ heç qulaqlardan getməyib, qundaqda körpəcə oğlu qalıb...

Gengüzey, Qaraqaya, Dolmatlı silsilə dağlarının ətəklərində məskən salmış bu obanın belə igidləri çoxdur. Onlardan biri elə 1992-ci ilin martında dayım Nəsirin 22 yaşında şəhidlik zirvəsinə yüksəlmiş ciyərparası, Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovdur. Burada ayrı-ayrı illərdə torpaq uğrunda Məmmədalı Tağıyev, Mirəziz Əzizov kimi igidlər də canından keçib. Neçə-neçə dinc sakin, o cümlədən qadın, uşaq namərd gülləsinə tuş gəlib. Dünən yaşlı kənd sakini Əziz Əzizov həyətinə düşən mərmidən həlak olduğu kimi...

Yenə düşmənin həmin ssenarisi, yenə onun həmin işğalçılıq siyasəti, yenə də Azərbaycan övladının mərdliyi, qəhrəmanlığı, şəhidliyi... Yenə həmin məkan...

1994-cü ilin iyul ayının ortalarında erməni vandalları sərhədin bu ərazisində növbəti dəfə atəşkəsi pozmuşdular. O vaxt mərd müdafiəçimiz Sahib Hüseynov elə öz doğum günündə - 23 yaşı tamam olan gün düşmənə zərbə endirərək əbədiyyətə qovuşmuşdu...

Bu gün torpaq uğrunda şəhid olanlar onların övladları və kiçik qardaşlarıdır. Dəxli yoxdur, hansı bölgəmizdəndirlər, İsmayıllıdanmı, Biləsuvardanmı, Ağstafadanmı, ya başqa bir şəhərdən və kənddənmi... Vətən vətəndir! Qarabağın böyük Ağdam rayonunda olduğu kimi, Tovuzun kiçik Ağdam kəndində də hər qarış torpaq müqəddəs və əzizdir. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, biz bir qarış torpağımızı da düşmənə verən deyilik! Mənfur düşmən də bunu çox yaxşı bilir, ona görə də daim vurnuxur, rahatlıq tapa bilmir, yeni təxribatlar törətməyə can atır. Ancaq yenə də əbəs yerə!

Bu gün Azərbaycan anası qəlbinə daş bağlayaraq "Oğulu böyütmüşəm vətən üçün!” deyir. Bütün Azərbaycan obalarından insanların gözləri Tovuz istiqamətinə zillənib. Düşmən bu bölgəmizin Ağdam və digər sərhəd kədlərini atəşə tutmaqda davam edir. Dinc sakinlərin güvən yeri dövlətimiz, Baş komandanımız, qudrətli ordumuzdur. Tez-tez telefonla əlaqə saxladığım həmkəndlilərim Elman Sadıqov, Rasim Hüseynov, İsa Əliyev və başqaları da məhz belə deyirlər. Həm də əlavə edirlər ki, yaşlarından asılı olmayaraq hər biri silaha sarılmağa hazırdır. Çünki bu torpaq bizim torpağımızdır, bu kənd bizim kəndimizdir!..

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM