Alternative content

06:05 09 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:28 09.08.2020 Musiqi ilə keçən ömür
00:26 09.08.2020 Ramana qalası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Birlik və inamdan güc alan siyasət və qətiyyət
Birlik və inamdan güc alan siyasət və qətiyyət
ANA SƏHİFƏ / SİYASƏT
02:17 15.07.2020


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı nitqi ölkəmizin sərhədlərinin etibarlı şəkildə daim qorunacağına inamın və torpaqlarımızın azad ediləcəyinə dövlət səviyyəsində siyasi-hərbi təminatın konkret ifadəsidir.

Ona görə də dövlət başçısının bəyanatında ifadə olunan qətiyyətli mövqe Azərbaycan xalqının ölkəmizin rəhbərinə bəslədiyi sarsılmaz inama, möhkəm və etibarlı dəstəyə əsaslanır. Prezident İlham Əliyevin bəyanatı dünya ictimaiyyəti qarşısında Azərbaycan Respublikasının ölkələrin ərazi bütövlüyü prinsipinə davamlı və məsuliyyətli münasibətlərini növbəti dəfə aydın surətdə ifadə edir.

Müstəqil Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasət beynəlxalq hüquq normalarına və xalqımızın iradəsinə tamamilə cavab verir. Bu mənada Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasındakı nitqi Ermənistanı növbəti böhrana aparan Paşinyan rejiminə və onların havadarlarına sarsıdıcı zərbədir. İşğalçı və təcavüzkar Ermənistanın Tovuz rayonu ərazisində torpaqlarımıza hərbi müdaxilə etməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə və eyni zamanda beynəlxalq aləmdə qazandığı liderlik nüfuzu qarşısında Paşinyan rejiminin çaşqınlıq və miskinliyinin təzahürüdür.

Azərbaycan dünya miqyasında beynəlxalq birliyin səylərini və təşəbbüslərini istiqamətləndirən və əlaqələndirən bir ölkə kimi böyük nüfuz qazanmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə son iki-üç ay ərzində Türk Dövlətləri ölkələrinin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının üzvü olan dövlətlərin rəhbərləri ilə, Türkmənistan və Əfqanıstan prezidentləri ilə, Dünya Bankının rəsmiləri ilə keçirilmiş onlayn Zirvə görüşləri və aparılmış müzakirələr Azərbaycan Respublikası Prezidentinin dünya liderlərindən biri olduğunu bir daha isbat etdirir. Birləşmiş Millətlər Təşkilatının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünya ölkələri tərəfindən dəstəklənməsi Azərbaycan dövlətinin rəhbərinin növbəti böyük uğurudur.

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilməsinə beynəlxalq birlik tərəfindən tam dəstək verilmiş Birləşmiş Millətlər Təşkilatının xüsusi sessiyasının iclasında Ermənistanın iştirak etməkdən imtina etməsi bədnam ölkənin dünya ictimaiyyəti üçün zəruri olan birlik, həmrəylik və qarşılıqlı əməkdaşlıq prinsiplərindən çox uzaq olduğunu, mövcud rejimin hər cəhətdən geridə qalmış ölkəsində yaranmış mürəkkəb ictimai-siyasi bataqlıqdan uzağa gedə bilmədiyini aydın surətdə təsəvvür etməyə imkan verir.

Siyasi dayaqlarını və nüfuzunu itirmiş, ölkəsində yaranmış böhrandan çıxış yolu tapmaqda aciz qalan Nikol Paşinyanın çarə yolunu hərbi müdaxilədə və təxribatda axtarması onun erməni xalqına vəd etdiyi xülyaların arxasında pərdələnmək dövrünün tükəndiyini göstərir. Ermənistanın Azərbaycan torpaqlarına növbəti hərbi müdaxiləsi də bu təcavüzkar ölkənin və ona rəhbərlik edən Paşinyan kimi populist "siyasətçi”nin işğalçılıq niyyətlərini davamı etdirdiklərini bir daha nümayiş etdirir. Lakin Ermənistan tərəfi başa düşmür ki, ümid etdikləri hərbi müdaxilə eyforiyası Paşinyan rejimini növbəti böhrana aparmaqdan uzağa gedə bilməyəcəkdir.

Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı bəyanatı Azərbaycan xalqının səfərbərlik, vətənpərvərlik və birlik andı kimi səslənir və xalqımızın Ali Baş Komandanın əmrinə daim hazır olmasına dərin inamı ifadə edir.

Xalqımızın bütün təbəqələri kimi, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi də Prezidentin atdığı bütün addımları, tutduğu qətiyyətli mövqeyi ürəkdən dəstəkləyir və müdafiə edir.

Ermənistan tərəfi unutmamalıdır ki, onun təxribatçı hərbi qüvvələri son illər Lələtəpədə və Qızılqayada torpaqlarımızı qəsbkar düşməndən azad etmiş qəhrəman Azərbaycan ordusu ilə üz-üzədir. Azərbaycan xalqı inanır ki, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız və ordumuz böyük qələbəyə nail olacaqdır. Prezident İlham Əliyevin birlik və inamdan doğan müdrik siyasəti və Ali Baş Komandan kimi qətiyyəti mütləq qalib gələcəkdir.

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM