14 Iyul 2020 19:59
469
CƏMİYYƏT
A- A+

DTX yalnız rəsmi dövlət orqanlarının məlumatlarına istinad olunması ilə bağlı vətəndaşlara müraciət edib


Azərbaycan Ordusu, onun döyüş potensialının zəiflədilməsinə yönələn, habelə ərazi itkiləri və insan tələfatı barədə yoxlanılmamış və qərəzli məlumatlar yayan şəxslər haqqında qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək


2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib, qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutub. Görülmüş cavab tədbirləri nəticəsində düşmənə ağır zərbələr endirilib, o, böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik.

AZƏRTAC Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadla xəbər verir ki, bununla yanaşı, Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları ilə bağlı ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək, əhali arasında çaşqınlıq və inamsızlıq yaratmaq üçün ayrı-ayrı sosial şəbəkələrdə və media səhifələrində məqsədyönlü şəkildə hadisələrin mahiyyəti barədə aşkar surətdə yalan və qərəzli, o cümlədən guya, ərazilərimizin bir hissəsinin düşmən tərəfindən tutulması, itkilərimizin sayının gizlədilməsi, hərbi mövqelərimizin və texnikanın ələ keçirilməsinə dair xəbərlər yayılmaqdadır.

DTX bəyan edir ki, bu cür dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur. Azərbaycan xalqı bilməlidir ki, Silahlı Qüvvələrimiz düşmənin hücumlarının qarşısını qətiyyətlə almağa daim hazırdır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə ən zəruri tədbirlər görülməkdədir. Cəbhə xəttində yaranmış gərgin vəziyyətdə vətəndaşlarımızın soyuqqanlı olmasını, heç bir təxribata uymamasını və dövlətçilik mövqeyindən çıxış etməsini olduqca zəruri hesab edirik.

Azərbaycan Ordusu, onun döyüş potensialının zəiflədilməsinə yönələn, habelə ərazi itkiləri və insan tələfatı barədə yoxlanılmamış və qərəzli məlumatlar yayan şəxslər haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ən sərt tədbirlər görüləcəkdir.

Bir daha vətəndaşlarımızdan milli həmrəylik nümayiş etdirməyi və yalnız rəsmi dövlət orqanlarının məlumatlarına istinad etməyi və inanmağı xahiş edirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video