14 Iyul 2020 17:20
408
SİYASƏT
A- A+

İƏT Parlament İttifaqının Baş katibi Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib

 
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyas Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatına dair bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, Ermənistan ordusu tərəfindən edilən hücumdan və Azərbaycan ərazilərinin böyük bir hissəsinin işğal altında qalmasından dərin narahatlığını ifadə edən Baş katibin bəyanatında iyulun 12-də Ermənistan silahlı qüvvələrinin artilleriya dəstəyi ilə həyata keçirdiyi hücum nəticəsində Azərbaycan ərazisində ölənlərin və yaralananların olduğu bildirilir. Bəyanatda Ermənistanın İslam Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycana qarşı təcavüzü pislənilir, bir daha bu hücumdan dərin narahatlıq ifadə olunur.

Bəyanatda, həmçinin vurğulanır ki, Muhammed Xurayçi Niyas İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının konfranslarının qətnamə və qərarlarına, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən, erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyri-şərtsiz və tamamilə çıxarılmasına çağırır, bu qərar və qətnamələrin ciddi şəkildə yerinə yetirilməsini tələb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video