14 Iyul 2020 17:05
407
CƏMİYYƏT
A- A+

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Tovuz rayonunun Ağdam kəndində olub

 
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun evində olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müvəkkil hadisə yerinə baş çəkib və mövcud şəraitlə tanış olub.

Jurnalistlərə açıqlamasında Səbinə Əliyeva deyib: "Məlum olduğu kimi, bir neçə gün əvvəl Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti təxribat törədilib. İnsan Hüquqları üzrə Müvəkkil olaraq buraya monitorinq aparmağa, mülki əhaliyə qarşı törədilmiş təcavüzü qeyd etməyə gəlmişəm. Bunlarla bağlı geniş hesabat hazırlayaraq ən qısa zamanda müvafiq beynəlxalq qurumlara göndərəcəyik. Ermənistan hüquqların müdafiəsi sahəsində mövcud olan bütün beynəlxalq sənədləri bu dəfə də pozub. Burada yaşayan əlil və ahıl insan qətlə yetirilib. Budur, əlil və ahıl dinc sakinin axşam yeməyinə hazırlaşdığı zaman başına gələn faciə. O, yemək masasının üstündə qalıb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video