14 Iyul 2020 17:01
356
SİYASƏT
A- A+

“İsraildə Azərbaycan Evi”: Biz, əslən Azərbaycandan olan yəhudilər müqəddəs işə - işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə gücümüz çatan dərəcədə töhfə verməyə hazırıq

 
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, hərbi insident Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi əməliyyatları nəticəsində baş verib. Onlar Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstəriblər.

Bütün dünya birliyi tüğyan edən COVID-19 pandemiyasına qarşı mübarizə apardığı, dünyada bu dəhşətli virusla mübarizənin məqbul imkanları axtarıldığı, bu dəhşətli xəstəlikdən hər gün yüzlərlə insanın öldüyü bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının sərhədinin Tovuz istiqamətində həyasızcasına qanlı provokasiya törədiblər. Tamamilə aşkardır ki, Paşinyan rejiminin bu əməlləri Ermənistanda COVID-19 pandemiyasının nəticələrinə nəzarəti itirmiş Paşinyan hökumətinin tamamilə məsuliyyətsiz, xaotik fəaliyyətindən bezmiş Ermənistan vətəndaşlarının diqqətini yayındırmaq cəhdidir.

AZƏRTAC xəbər verir ki, "İsraildə Azərbaycan Evi”nin İdarə Heyətinin üzvləri və rəhbərləri, həmçinin İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvləri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş son hadisələrlə əlaqədar belə bir bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir: "Biz, İsraildə Azərbaycan Evi”nin İdarə Heyətinin üzvləri və rəhbərləri, həmçinin İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvləri Ermənistanın işğalçı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törədilmiş həyasızcasına provokasiyanı pisləyir, rəsmən və qətiyyətlə etirazımızı bildiririk. Azərbaycan silahlı qüvvələrinin sərt əks-hücumu nəticəsində erməni işğalçılar geri oturdulub və böyük itkilər veriblər.

Biz, İsraildə əslən Azərbaycandan olanların 80 minlik diasporunun – dağ yəhudiləri icmasının, Avropa aşkenazilər icmasının üzvləri və İsrail sakinləri olan etnik azərbaycanlılar erməni işğalçı qoşunlarının Azərbaycan sərhədinin Tovuz istiqamətində və işğal edilmiş bütün Dağlıq Qarabağda törətdikləri əməllər barədə xəbərləri böyük həyəcan və gərginliklə izləyirik”.

"İsraildə Azərbaycan Evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvləri Ermənistan Respublikasından birmənalı və dəqiq olaraq bütün provokasion hərəkətləri dərhal dayandırmasını, danışıqlar masası arxasına keçməyi və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağın və ona bitişik yeddi Azərbaycan rayonunun dərhal və qeyd-şərtsiz qaytarılması haqqında danışıqlara başlamağı tələb edirlər.

"İsraildə Azərbaycan Evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvlərinin bəyanatında deyilir: "Biz, əslən Azərbaycandan olan yəhudilər Dağlıq Qarabağın problemləri ilə yaxşı tanışıq və hələ XX əsrin uzaq 90-cı illərində şahid olmuşuq ki, daşnak qruplaşmalar SSRİ-nin dağıldığı dövrdə yaranmış qarışıqlıqdan, Azərbaycanda siyasi hakimiyyət vakxanaliyası zamanı hələ formalaşmış Azərbaycan ordusunun olmadığı, onlar üçün münasib məqamdan istifadə edərək bütün dünyadan – Livandan, Suriyadan, Fransadan başkəsən erməni silahlılarını toplayaraq Azərbaycan torpaqlarını həyasızcasına işğal edirdilər.

Erməni təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı öz əzəli torpaqlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər. 1992-ci ilin fevralında Ermənistan Azərbaycanın Xocalı şəhərində silahsız və heç bir təqsiri olmayan dinc azərbaycanlı sakinlərə qarşı qanlı soyqırımı aktı və dəhşətli kütləvi qırğın törədib”.

"İsraildə Azərbaycan Evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvlərinin fikrincə, indiki Azərbaycan ordusu ən qüdrətli, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir. Bəyanatda deyilir: "Bu gün Azərbaycan silahlı qüvvələri Cənubi Qafqazda ən güclü ordu, yüksək döyüş qabiliyyətli və öz ölkəsini müdafiə etmək üçün ən qabaqcıl silahlarla təchiz olunmuş effektiv silahlı qüvvələr deməkdir. Bu silahlı qüvvələr hər bir təcavüzkara layiqli cavab verməyə hazırdır. Hamı çox gözəl başa düşür ki, üçüncü ölkənin dəstəyi olmasaydı, yoxsul, dilənçi vəziyyətində olan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi.

Azərbaycanın səbri çoxdan tükənib. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq”.

"İsraildə Azərbaycan Evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvlərinin bəyanatının sonunda deyilir: "Biz, "İsraildə Azərbaycan Evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətini tamamilə dəstəklədiyimizi bildiririk. Tovuzda baş vermiş son hadisələr bir daha göstərdi ki, Azərbaycan silahlı qüvvələri ermənilərin hər hansı provokasiyasının qarşısını almağa hazırdır, Azərbaycan torpaqlarının hər qarışını müdafiə etməyə tam hazırdır.

Biz, əslən Azərbaycandan olan İsrail sakinləri Azərbaycan ordusunun uğurlarına və qəhrəmanlığına görə fəxr edirik. Bu gün bizim diasporun artıq İsraildə tərbiyə almış, Vətən naminə, Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirməyə hazır olan yeni gənc nəsli var və biz hamımız - əslən Azərbaycandan olan yəhudilər 28 ildən artıq erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs işə gücümüz çatan dərəcədə töhfə verməyə hazırıq.

Yaşasın qəhrəman Azərbaycan ordusu!”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video