14 Iyul 2020 13:12
681
Mədəniyyət
A- A+

Azərbaycan Yazıçılar Birliyi erməni hərbi qüvvələrinin son təxribatları ilə bağlı bəyanat yayıb

 
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində bədnam erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribatla əlaqədar Azərbaycan Yazıçılar Birliyi bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: "Bugünlərdə Azərbaycan-Ermənistan dövlət sərhəddində, Tovuz rayonu istiqamətində erməni tərəfinin törətdiyi növbəti qanlı təxribat bütün xalqımız kimi, Azərbaycan Yazıçılar Birliyində də dərin narahatlıq və düşmənə qarşı böyük hiddət doğurdu.

Qüdrətli Azərbaycan ordusunun azğın təcavüzkarı geri oturtması, cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması bizdə sonsuz inam və qürur hissi yaratdı.

Düşmənin bu təxribatçı həmləsini dəf edərkən 4 qəhrəman Azərbaycan övladının şəhid olmasını, bir neçə igid hərbçimizin yaralanmasını isə ürək ağrısı ilə qarşıladıq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.

Ən böyük təsəllimiz budur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi, hərbçilərimizin qisası alınıb, müqəddəs dövlət sərhəddimiz qorunub və düşmən əsgərləri torpaqlarımızın bir qarışına da ayaq basa bilməyib.

Azərbaycan Yazıçılar Birliyi olaraq, bu narahat günlərdə dövlətimiz, xalqımız və ordumuzla ürəkdən həmrəy olduğumuzu bəyan edir, qəhrəman Azərbaycan Ordusuna daha yüksək qələbə əzmi, parlaq zəfərlər arzulayırıq!

Eyni zamanda, işğalçı Ermənistanın bu çirkin və qanlı təxribatını qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti, xüsusən, bütün dünyadakı həmkarlarımızı, sülhsevər, ədalətpərvər qələm adamlarını Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın cilovlanması üçün səy göstərməyə çağırırıq!”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video