14 Iyul 2020 13:07
584
DÜNYA
A- A+

ABŞ-da büdcə defisiti rekord həddə çatıb

 
İyun ayında ABŞ-da büdcə defisiti rekord məbləğə - 864 milyard dollara çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, büdcə defisiti may göstəricisindən iki dəfə, ötən ilin iyun ayının göstəricisindən isə demək olar ki, 10 dəfə çoxdur. Bundan başqa, iyun ayında büdcə gəlirlərinin azalması 2019-cu maliyyə ilinin defisitinə bərabər olub.

Nazirliyin məlumatına əsasən, büdcə kəsirinin artması federal hökumətin koronavirusun yayılmasına qarşı mübarizədə artan xərcləri, həmçinin vergi yığımının azalması ilə bağlıdır.

Bir qədər əvvəl ABŞ Maliyyə Nazirliyinin sabiq rəhbəri Henri Polson xəbərdarlıq etmişdi ki, dövlət borcunun nəzarətsiz artması və büdcə defisiti dolların dünyanın əsas ehtiyat valyutası qismində nüfuzunu itirməsinə gətirib çıxara bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video