14 Iyul 2020 12:53
600
SİYASƏT
A- A+

Milli Məclisinin Sədri TÜRKPA-nın, Parlamentlərarası İttifaqın, Rusiya Federal Məclisi Federasiya Şurasının rəhbərlərinə müraciətlər ünvanlayıb

 
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Altınbek Mamayusupova, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barrona, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya müraciətlər ünvanlayıb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müraciətlərdə bildirilir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə cəhd göstərib: "Ermənistan tərəfinin bu cəhdlərinə cavab olaraq Azərbaycan tərəfi təxirəsalınmaz şəkildə adekvat xarakterli əks-tədbirlər görüb və nəticədə Ermənistan ordu birləşmələrinin irəliləməsinin qarşısı alınıb. Ermənistan tərəfi iki ölkə arasında olan sərhəd bölgələrini daha çox hərbiləşdirmiş, məqsədyönlü şəkildə və sistemli olaraq mülki əhalini hədəfə almışdır".

Müraciətlərdə vurğulanır ki, Ermənistanın bu cür hərbi xarakterli məsuliyyətsiz siyasəti onun üzv olduğu hərbi-siyasi qurumları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək məqsədindən, həmçinin Azərbaycana qarşı yeritdiyi təcavüzkar və işğalçı siyasətinin məsuliyyətindən yayınmaq niyyətindən irəli gəlir.

Milli Məclis Sədri Sahibə Qafarova tərəfindən ünvanlanan müraciətlərdə xüsusilə vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistandan öz silahlı qüvvələrini dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb edir. Lakin Ermənistan tərəfindən sərhəd bölgəsində törədilən sonuncu təxribat aktları bir daha göstərir ki, rəsmi Yerevan münaqişənin sülh yolu ilə, danışıqlar masası ətrafında həll edilməsində qəti şəkildə maraqlı deyildir.

"Digər bir mühüm məqam ondan ibarətdir ki, Ermənistan bu təxribatçı hərəkətlərə məhz bütün beynəlxalq ictimaiyyət COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda yol verib. Dolayısı ilə, Ermənistan atəşkəs rejimini bu cür davamlı şəkildə pozmaqla göstərir ki, BMT Baş katibinin COVID-19 ilə bağlı qlobal miqyasda atəşkəs çağırışına dəstək verməsi sadəcə riyakarlıqdır. Buna görə də biz, Azərbaycan Respublikası Milli Məclisi olaraq, Türkdilli Dövlətlərin Parlament Assambleyasından, Parlamentlərarası İttifaqdan, Rusiya Federal Məclisi Federasiya Şurasından xahiş edirik ki, Milli Məclisin Sədri tərəfindən ünvanlanmış bu müraciət məktubunun bütün üzv dövlətlərə göndərilməsini təmin etsin. Eyni zamanda, təşkilat üzvlərini Ermənistanın təcavüzkar hərəkətlərini, Azərbaycana qarşı davam edən işğalçılıq siyasətini və sərhəd bölgəsində törətdiyi bu sonuncu təxribatını qınamağa çağırırıq", - deyə müraciətlərdə qeyd olunur.

Müraciətlərin sonunda Milli Məclis sədri tərəfindən bəyan edilir ki, Azərbaycan-Ermənistan sərhədi boyunca Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mövqelərinə hücum edilməsi, nəticədə baş verən bu hadisələrə və itkilərə görə məsuliyyəti bütövlükdə Ermənistan respublikasının rəhbərliyi daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video