14 Iyul 2020 12:53
350
SİYASƏT
A- A+

Akkan Suver: Ermənistanın növbəti təxribatının qarşısının alınması Azərbaycan Ordusunun gücünün göstəricisidir

 
Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə hücum cəhdinin qarşısının qətiyyətlə alınması Azərbaycan ordusunun növbəti rəşadətidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında "Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver ifadə edib.

Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını həm Ermənistan rəhbərliyi, həm də regionda sülh və sabitliyin qorunmasına məsuliyyət daşıyan təşkilatlara açıq mesaj kimi dəyərləndirən professor deyib: "Baş verənlər bir daha göstərdi ki, Azərbaycan çoxistiqamətli inkişaf yolu ilə əzmlə irəliləyir. Dövlət başçısının qəbul etdiyi operativ siyasi qərarlar və beynəlxalq ictimaiyyətə çatdırılan mesajlar, çevik diplomatik addımlar, o cümlədən beynəlxalq və yerli KİV ilə görülən işlər öz nəticəsini verdi. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistanın növbəti hərbi təxribatının bütün səbəblərini açıq şəkildə ortaya qoydur. Türkiyə başda olmaqla Azərbaycanın haqq işinə verilən çoxistiqamətli dəstək Ermənistan rəhbərliyini dərindən düşündürməlidir. İşğalçı tərəf anlamalıdır ki, 1990-cı illərin ab-havası çoxdan çəkilib. O dövrdə həm Azərbaycana qarşı işğalçılıq həyata keçirdilər, həm də beynəlxalq medianın gücündən istifadə edərək baş verənlər haqqında tamamilə yanlış rəy formalaşdırdılar. İndiki, modern və dinamik inkişafda olan Azərbaycan həmin dövrün Azərbaycanı deyil və Türkiyə açıq şəkildə bu haqq işində qardaş ölkənin yanındadır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video