14 Iyul 2020 10:21
436
SİYASƏT
A- A+

Norveçdəki Azərbaycan diaspor təşkilatı bu ölkənin hökumətinə bəyanat ünvanlayıb


Norveçdəki Azərbaycan diaspor təşkilatı "CAN”, fəaliyyət göstərdiyi ölkənin hökumətinə və Xarici İşlər Nazirliyinə bəyanat ünvanlayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, məktubda son günlərdə Azərbaycan və Ermənistan sərhədində baş verən toqquşmalar kəskinləşib. İnsan itkilərinin də müşahidə edildiyi qeyd olunan məktubda, toqquşmanın Ermənistan silahlı güvələrinin təxribatı olduğu vurğulanır.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faiz torpağının erməni silahlıları tərəfindən işğal altında qalması, xalqımızın etnik təmizləməyə məruz olduğunu, işğal olunan ərazilərdə yaşayan bütün azərbaycanlı əhalinin məcburi olaraq yaşadıqları torpaqlardan qovulduğu haqda məlumat verilən məktubda, habelə baş verənlərin beynəlxalq ictimaiyyət tərəfindən qınanıldığını bildirilir. Baş verən münaqişə nəticəsində BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalı dayandırması, öz qoşunlarını işğal olunmuş ərazilərdən şərtsiz çəkilməsi və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına şərait yaratması haqqında qəbul etdiyi 4 qətnaməsi də diqqətə çatdırılıb.

Lakin, bütün bu faktlara baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan qətnamələrə Ermənistan tərəfinin əhəmiyyət verilmədiyi və bunun məntiqi nəticəsində regionda sülh əldə edilmədiyidə məktubda bildirilir.

Azərbaycan Respublikasının sülh yönümlü siyasətə üstünlük verən bir dövlət olduğu vurğulanan məktubda, erməni silahlı güvələrinin əməlləri nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın halına düşdüyünə xüsusi olaraq qeyd olunur.

Norveçin 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzv seçildiyinin xatırlandığı bəyanatda Xarici İşlər naziri Ine Mari Eriksen Söraydeyin sözləri xatırlanaraq deyilir: "Məhz buna görə biz istəyirik ki, Norveç hakimiyyətindən Ermənistan və Azərbaycan arasında sülh və əmin-amanlığın qurulması üçün fəaliyyət aparılsın və nəticədə baş verən hadisələrə düzgün qiymət verilsin”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video