14 Iyul 2020 10:20
443
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Ermənistanın hərəkətləri üzvü olduğu beynəlxalq təşkilatların hüquqi sənədlərinə belə, ziddir


Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkilatları münaqişəyə qoşmağa və Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə məsuliyyətdən yayınmağa çalışır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Lenta.ru-ya açıqlamasında deyib.

"Azərbaycan Prezidentinin köməkçisi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətində təxribat xarakterli əməllər törətdiklərini və atəşkəs rejimini kobud şəkildə pozduğunu vurğuladı. Atəşkəsin pozulması bütün bu hadisələrin məsuliyyətinin Ermənistan tərəfinin üzərinə düşdüyünü əyani şəkildə göstərir. Bu cür hərbi avantüra ilə Ermənistan bu münaqişəyə hərbi-siyasi təşkilatları cəlb etməyə və Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə məsuliyyətdən yayınmağa çalışır. Amma İrəvanın hərəkətləri üzvü olduğu beynəlxalq təşkilatların hüquq sənədlərinə belə ziddir. Bundan əlavə, mənə elə gəlir ki, Ermənistan uzun müddətdir davam edən hərbi münaqişəni öz sosial-iqtisadi problemlərinin kəskinləşməsi fonunda gücləndirməyə çalışır”, - deyə H. Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, ölkə rəhbərliyinin destruktiv siyasətinin nəticəsi olan COVID-19 infeksiyasının Ermənistanda geniş yayılmasıdır.

"Sərhəddə gərginliyin yaradılması daxili problemlərdən yayındıracaq. Ölkəmiz sərhəddə gərginliyin yaranmasının əleyhinədir. Təxribatların qarşısını almaq üçün sərhəd xidmətləri və silahlı qüvvələrimiz gücləndirilib. Bilirsiniz, bir daha bir fakt əlavə etmək istəyirəm: 12 İyul, bazar günü, Ermənistan tərəfdən zirehli texnika və canlı qüvvələrin yerdəyişmələrin müşahidə etdik. Biz bunu artilleriyadan istifadə olunan hücumun əvvəlcədən hazırlandığının sübutu kimi qəbul edirik. Lakin sonda erməni tərəfi heç bir şey əldə edə bilmədi”, - H.Hacıyev belə deyib.

Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Bakı hər zaman Ermənistan-Azərbaycan sərhədində gərginliyin yaranmasına səbəb ola biləcək təxribatların qarşısını almağa və bu kimi hadisələri aradan qaldırmağa hazırdır: "Qazax və Tovuz bölgələri boyunca sərhədin bu sahəsində Azərbaycanın dövlət sərhəd xidməti bölmələri yerləşdirilib. Ermənistan tərəfi, əksinə, iki ölkə arasındakı dövlət sərhədini sistematik şəkildə hərbiləşdirməkdə və mülki şəxslərə qəsdən atəş etməkdə davam edir. Bildiyiniz kimi, Azərbaycanla Ermənistan arasında ciddi qarşıdurma Ermənistanın Dağlıq Qarabağı və daha yeddi rayonu işğal etdikdən 30 ildir ki davam edir. Silahlı qüvvələrimiz indi də orada üz-üzə dayanır. Bu Birinci və İkinci Dünya Müharibəsinin 100 min əsgərin üzbəüz dayandıqları ssenarilərə bənzəyir. İstənilən vaxt qarşıdurma gözlənilir. Hələ də təxribat gözlənilirmi - Ermənistan tərəfindən soruşmalıyıq, çünki məhz onlar Azərbaycan torpaqlarını işğal keçiriblər”.

Azərbaycan Prezidentinin köməkçisi xatırladıb ki, artıq İran, Rusiya və Türkiyənin Xarici İşlər nazirləri narahatlıqlarını ifadə ediblər.

"Bu ölkələrə Ermənistanın məsuliyyətsiz siyasətinə laqeyd olmadıqlarına görə təşəkkür edirik. Qonşularımız dünyada vəziyyətin qeyri-sabit olduğunu və müharibə alovlanacağı təqdirdə, onlara da təsir edəcəyini başa düşürlər. Ermənistan düşünülməmiş hərəkətlər edir və onların fəsadlarının qayğısına qalmır. Azərbaycan həmişə bu məsələni sülh yolu ilə həll etməyə hazırdır və biz həmişə buna təşəbbüs göstəririk. Daima ATƏT nümayəndəsi ilə məsələləri müzakirə edirik və digər ölkələrin diqqətini yayındırmaq istəmirik, amma Ermənistan digər bölgələri öz təxribatına cəlb etməkdə çox maraqlıdır”, - deyə Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi, həmçinin bu məsələnin həllində Rusiyanın rolunun çox böyük olduğunu vurğulayıb: "Rusiya Federasiyasının rəhbərliyi və şəxsən Prezident Vladimir Putin lazım olan addımlar atıblar, bunu çox yüksək qiymətləndiririk. Ancaq təəssüf ki, erməni işğalyönlü və təxribatçı addımlar məsələnin sülh yolu ilə həllinə imkan vermir. Bütün beynəlxalq ictimaiyyəti Ermənistanı hesabat verməyə cəlb etməyi çağırırıq. Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını sübut edir və onun bu təcavüzkar siyasəti bir sıra digər ölkələrə də təhlükə yaradır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video