14 Iyul 2020 10:20
574
SİYASƏT
A- A+

Avstraliya azərbaycanlıları Ermənistanın son təxribatı ilə bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət ediblər


Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbərliyi iyulun 12-də və 13-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı Birləşmiş Millətlər Təşkilatının rəhbərliyinə müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, assosiasiyanın sədri Mikayıl Oyta tərəfindən imzalanan müraciətin mətnində Ermənistanın Azərbaycana qarşı uzun illərdir davam edən işğalçı siyasətindən bəhs edilir. Bütün dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir dövrdə Ermənistan rəhbərliyinin bu təxribatının yolverilməz olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ilə yanaşı, daha yeddi rayonu işğal altında saxlayan Ermənistan Azərbaycana qarşı təxribatlardan əl çəkmir. İyulun 12-də artilleriya silahlarından hücuma məruz qalan Azərbaycanın Tovuz rayonunun Dağlıq Qarabağdan 100 kilometr aralı olduğu xüsusi qeyd edilir. Bildirilir ki, bu hücum birbaşa Ermənistan ərazisindən Azərbaycana qarşı törədilib və bu ölkənin əsrlər boyu davam edən işğalçılıq siyasətinin mahiyyətini bir daha ortaya qoyur.

Məktubda qeyd edilir ki, bütün dünya erməni xalqının Paşinyan hökumətindən narazılığını və onun istefa vermək tələbini başa düşür. Bu hücumun da arxasında Ermənistan hökumətinin məhz diqqətin daxili problemlərdən uzaqlaşdırılması strategiyasının dayandığı, bununla da vahid düşmən olan Azərbaycana qarşı birliyə nail olmağa çalışdığı bildirilir. Vurğulanır ki, Ermənistan ordusu tərəfindən Azərbaycanla sərhəddə gərginliyin artırılması, mülki obyektlərin, evlərin atəşə tutulması beynəlxalq qanun və normalara zidd olmaqla yanaşı, bu dövlətin işğalçı mahiyyətini bir daha göstərir.

Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının, BMT Baş məclisinin və digər beynəlxalq təşkilatların Ermənistan qoşunlarının Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinə baxmayaraq, Ermənistan dövləti öz işğalçı siyasətini davam etdirir.

Vurğulanır ki, Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribat COVID-19 pandemiyası ilə əlaqədar BMT Baş katibinin bütün hərbi münaqişələri və müharibələri dayandırmaq barədə çağırışını dəstəklədiyini bildirən Ermənistan dövlətinin ikiüzlü siyasətinin bariz nümunəsidir.

Qeyd edilir ki, Ermənistan tərəfindən törədilən təxribatlara baxmayaraq, Azərbaycan dövləti sülhü həmişə dəstəklədiyini bəyan edib. Bununla yanaşı, o, öz ərazilərini işğaldan azad etmək və vətəndaşlarının təhlükəsizliyini təmin etmək kimi hüquqlarını da saxlayır. Buna görə də Ermənistanın törətdiyi təxribatlar daim Azərbaycan ordusunun müvafiq cavab tədbirləri ilə qarşılanacaqdır.

Məktubda bir daha qeyd edilir ki, Tovuz rayonunda törədilən təxribat bir qrup erməninin öz maraqları naminə bütün erməni xalqını faciəyə sürükləməsinin nəticəsidir. Ermənistan dövləti və erməni xalqı başa düşməlidilər ki, Azərbaycan ordusu hər zaman düşmənin təxribatlarının qarşısını layiqincə almağa qadirdir.

Məktub dünyanın müxtəlif guşələrində yaşayan və sayı 55 milyona çatan bütün azərbaycanlıların öz hökumətini dəstəklədiyi və Azərbaycan ərazilərinin işğalını, xalqımıza qarşı törədilən istənilən təxribatı pislədiyi barədə fikirlə başa çatır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video