Alternative content

02:12 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:14 15.08.2020 Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli832 nömrəli, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 11 noyabr tarixli 517 nömrəli, “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” 2007-ci il 27 iyul tarixli 2288 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2012-ci il 2 iyul tarixli 2320 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14 fevral tarixli 273 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
00:14 15.08.2020 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli 347 nömrəli, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli 569 nömrəli, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 26 yanvar tarixli 998 nömrəli, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli və “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 may tarixli 64 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
00:11 15.08.2020 BİLDİRİŞ
00:11 15.08.2020 BİLDİRİŞ
00:11 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tovuzun Ermənistan ilə sərhədboyu kəndlərinin sakinləri: “Doğma torpaqlarımızdan bir addım da olsun geri çəkilməyəcəyik”
Tovuzun Ermənistan ilə sərhədboyu kəndlərinin sakinləri: “Doğma torpaqlarımızdan bir addım da olsun geri çəkilməyəcəyik”
ANA SƏHİFƏ / SİYASƏT
00:55 14.07.2020


İyulun 12-də və 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq təxribatlar törədib, rayonun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan ağır artilleriya atəşinə tutublar. Lakin rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri ilə düşmən ağır tələfat verərək geri oturdulub.

İyulun 13-ü günün ikinci yarısında Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəşi və gördüyü sərt cəza tədbirləri nəticəsində düşmənin bir neçə hərbi obyekti, texnikası və 20 nəfərdən çox şəxsi heyəti məhv edilib.

AZƏRTAC-ın əməliyyat bölgəsində olan müxbiri xəbər verir ki, düşmənin ötən gündən etibarən iriçaplı minaatanlardan və toplardan aramsız atəşinə baxmayaraq, Tovuz rayonunun Ermənistan ilə sərhədboyu yaşayış məntəqələrinin, o cümlədən Ağdam və Dondar Quşçu kəndlərinin sakinləri rəşadətli ordumuza güvənərək doğma yurdlarını tərk etməyiblər. Bölmələrimizin düşmənə sarsıdıcı zərbələrindən sonra həmin kəndlərdə vəziyyət hazırda sabitləşməyə başlayıb.

Sakinlər müxbirimizlə söhbətlərində ordumuza güvəndiklərini və buna görə də doğma kəndlərini tərk etməyəcəklərini bildiriblər.

Ağdam kənd sakini Elxan Əliyev deyib ki, Ermənistan hərbi birləşmələri bu istiqamətdə atəşkəs rejimini tez-tez pozurlar. Xain düşmənin belə təxribatları nəticəsində kənddəki evlərə, təsərrüfat obyektlərinə ciddi ziyan dəyir. Biz ermənilərin dinc sakinləri hədəfə alan belə çirkin təxribatlarını qəti şəkildə pisləyirik. Bu təxribatlara baxmayaraq, Azərbaycan Ordusunun hərbi qüdrətinə inanan kənd sakinləri yüksək əhvali-ruhiyyədədirlər.

Aprel döyüşlərindən və Günnüt əməliyyatından sonra Ermənistan ilə sərhədboyu kəndlərin sakinlərinin ordumuzun gücünə daha da çox inandıqlarını qeyd edən Rasim Məmmədov diqqətə çatdırıb ki, iyulun 12-də və 13-də düşmən təxribatlarının qarşısını qətiyyətlə alaraq ona sarsıdıcı zərbə endirən ordumuz bu inamı daha da qətiləşdirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev erməni hərbi bölmələrinin təxribatlarının qarşısının alınması ilə bağlı qəti əmrindən sonra artıq düşmənə layiqli dərs verildi. Biz ordumuza və Ali Baş Komandanımıza güvənərək doğma kəndimizdə yaşayır, təsərrüfatımızla məşğul oluruq. Hamımız inanırıq ki, işğal altında olan torpaqlarımız gec-tez azad ediləcəkdir. Biz bir addım da geri çəkilməyəcəyik. Hər birimiz silaha sarılıb Ali Baş Komandanımızın əmri ilə düşmənə qarşı vuruşmağa hazırıq.

Ermənilərin iyulun 12-də kəndi atəşə tutmağa başladıqlarını deyən Nəbi Hüseynov bildirib ki, ordumuz düşmənə layiqli cavab verdi. Ermənilər elə bilirlər ki, biz top-tüfəngdən qorxub buraları tərk edəcəyik. Amma düşmənin bu niyyəti baş tutmayacaq, ürəyində qalacaq. Biz öz torpağımızdayıq. Düşmənin təxribatı kənd sakinlərinin psixoloji durumuna heç bir mənfi təsir göstərməyib. Biz Prezident, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan əsgərinə güvənib doğma torpağımızda yaşayırıq və yaşayacağıq.

Kənd sakinləri ilə bir yerdə olan Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, Azərbaycan Ordusu düşmənə ən yüksək səviyyədə cavab verib və zərbələr vurmaqda davam edir. Bir qarış da olsa ərazimizi ələ keçirə bilməyən düşmən ağır itki verərək geri oturdulub. Ermənilər öz itkilərini nə qədər gizlətsələr də, bu barədə məlumatlar artıq üzə çıxmaqdadır. Düşmənin təxribatlarının qarşısını alan hərbçilərimiz yüksək peşəkarlıq və qəhrəmanlıq göstərirlər.

Kəndin digər sakinləri də müxbirimizlə söhbətlərində mənfur Ermənistan ordusunun bölmələrinin törətdikləri təxribatlardan qorxmadıqlarını bildiriblər. Qeyd ediblər ki, Azərbaycan Ordusu düşmənin cavabını hər zaman lazımınca verir.

Mənfur qonşularımızın dinc əhalini mütəmadi atəşə tutmasına baxmayaraq, Tovuz rayonunun Ermənistan ilə sərhədboyu kəndlərində, o cümlədən Ağdam, Dondar Quşçu və digər yaşayış məntəqələrində həyat öz axarı ilə davam edir. Sakinlərlə söhbətlərdə bir daha əmin olduq ki, düşmən belə çirkin təxribatlarla heç vaxt öz məkrli niyyətinə çata bilməyəcək.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM