Alternative content

02:19 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:14 15.08.2020 Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli832 nömrəli, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 11 noyabr tarixli 517 nömrəli, “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” 2007-ci il 27 iyul tarixli 2288 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2012-ci il 2 iyul tarixli 2320 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14 fevral tarixli 273 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
00:14 15.08.2020 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli 347 nömrəli, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli 569 nömrəli, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 26 yanvar tarixli 998 nömrəli, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli və “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 may tarixli 64 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
00:11 15.08.2020 BİLDİRİŞ
00:11 15.08.2020 BİLDİRİŞ
00:11 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev ideyaları Azərbaycanın inkişafına və qüdrətlənməsinə xidmət edir
Heydər Əliyev ideyaları Azərbaycanın inkişafına və qüdrətlənməsinə xidmət edir
ANA SƏHİFƏ / SİYASƏT
00:55 14.07.2020


Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın həm də inkişaf salnaməsini və qürur doğuran möhtəşəm tarixini yaradırlar. İyulun 14-də, Azərbaycana birinci rəhbərliyinin ildönümündə bizlər Heydər Əliyevin əziz xatirəsini bir daha yad edirik və illər ötdükcə onun şəxsiyyətinin əzəmətini, qoyub getdiyi tarixi irsin, ideyaların yüksək dəyərini daha dərindən anlayırıq.

Neft ölkəsi olmasına baxmayaraq, ötən əsrin 60-cı illərində Azərbaycan sovet ittifaqının geridə qalmış respublikalarından biri idi. Belə bir vaxtda rəhbərliyə başlayan Heydər Əliyev tükənməz enerjisi və idarəçilik məharəti ilə qısa zaman ərzində Azərbaycanın sosial-iqtisadi həyatında böyük dəyişikliklər etdi, durğunluqdan inkişafa doğru dönüşün təməlini qoydu.

Heydər Əliyev 1982-ci ildə Moskvaya ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan artıq ittifaqın inkişaf etmiş respublikalarından biri kimi tanınırdı. O illərdə çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu.

Sovet illərində Heydər Əliyevin təşəbbüsləri ilə milli-mədəni ənənələrimizin itməməsinə, qorunub saxlanılmasına, insanların milli dəyərlərə daha çox bağlanmasına xidmət edən tədbirlər həyata keçirildi. Bu mənada həmin dövrdə sosial-iqtisadi yüksəlişlə yanaşı, milli dəyər və ənənələrin cəmiyyətdə geniş intişar tapması Heydər Əliyevin sayəsində mümkün oldu. Sovet rejiminin ideoloji baxışlarının hakim olduğu bir zamanda Heydər Əliyev xalqımızın milli-mədəni və mənəvi dəyərlərinin aşınmaması, assimilyasiyaya məruz qalmaması üçün nə lazımsa etdi. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən məqsədyönlü siyasət xalqımıza xas dəyərləri şüurlarımızdan silə bilmədi.

Qeyd etdiyim ki, 70-80-ci illərdə Azərbaycanda böyük iqtisadi potensial yaradılmışdı. Bunun da nəticəsində Azərbaycan hələ sovet dövründə Rusiya və Ukrayna ilə yanaşı, məhz öz daxili imkanları hesabına iqtisadi baxımdan sərbəst yaşaya bilən 3 respublikadan birinə çevrilmişdi. Lakin müstəqilliyimzin ilk illərində hakimiyyətdə olan qüvvələr bu iqtisadi potensial üzərində ölkəni inkişaf etdirmək əvəzinə tamamilə səbatsız siyasət yürütdülər. Bunun da nəticəsində ölkədə vətəndaş qarşıdurması yarandı, mərkəzdənqaçma meyilləri gücləndi, separatizm baş qaldırdı. Ən faciəlisi odur ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən hərbi hissələrin siyasi qarşıdurmalara cəlb olunması Ermənistanın işğalçılıq planlarının daha da sürətlənməsinə rəvac verdi.

1993-cü ilin gərgin iyun günləri xatirimizdədir. Dönüb geriyə baxsaq, ötən 27 ildə Azərbaycanın necə dəyişdiyini, sürətlə inkişaf etdiyini, müstəqilliyinin daha da möhkəmləndiyini, dünya birliyində özünə layiqli yer tutduğunu, regional və qlobal miqyasda söz sahibinə, Cənubi Qafqazın liderinə çevrildiyini görərik. 1993-cü ilin iyununda ölkəmizin parçalanmaq, müstəqilliyimizin itirilmək təhlükəsi yaşandığı ərəfədə biz bugünkü möhtəşəm uğurlarımızın yaxın gələcəkdə olacağını təsəvvür belə edə bilməzdik. Amma bunlar baş verdi, çünki 1993-cü ilin ağrı-acılı iyun günlərində Azərbaycan xalqı ən doğru və ən müdrik seçimini edərək Ulu Öndər Heydər Əliyevə üz tutmuşdu. Məhz Heydər Əliyevin sayəsində Azərbaycanda siyasi böhrana son qoyuldu, vətəndaş qarşıdurmasının qarşısı alındı. Həmin ağır və mürəkkəb dövrdə xalqımızın Heydər Əliyevə müraciəti, təkidlə Ulu Öndərin hakimiyyətə dəvət olunması tarixin gərdişini dəyişdi. Həmin günləri xatırlayan hər birimiz yaxşı bilirik ki, o çətin günlərdə yalnız Heydər Əliyev dühası dövlətimizi, müstəqilliyimizi xilas edə bilərdi.

Bu baxımdan Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətlərindən biri odur ki, dahi şəxsiyyət kəskin geopolitik ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycanın dövlətçiliyini qorudu, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Bu baxımdan Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı müasir Azərbaycan dövlətinin yaranması ilə nəticələndi.

Eyni zamanda Heydər Əliyev hər bir sahə üzrə inkişafın təməlini qoydu. Hüquqi dövlət quruculuğu həyata keçirildi. Bu gün xalqımızın bəhrəsini gördüyü uğurlu neft strategiyasının müəllifi Ulu Öndər oldu. Postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda effektli aqrar islahatlar aparıldı. O cümlədən iqtisadi sferada inkişafın əsası qoyuldu. Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində iflic vəziyyətinə salınan iqtisadiyyatımızın ötən əsrin 90-cı illərinin ortalarında dərin böhrandan çıxarılması və iqtisadi inkişafın təməlinin qoyulması Heydər Əliyevin adı ilə bağlıdır.

Xalqımız əldə etdiyi bütün möhtəşəm nailiyyətlərinə görə məhz Ümummilli Lider Heydər Əliyevə minnətdardır. Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, Vətəninin, xalqının yolunda həyatını qurban verməyə hazır olan Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir.

Heydər Əliyev zaman etibarilə dövlətçilik tariximizin 34 ilinə sahiblik edir. Fəqət əsrin üçdəbirindən bir qədər artıq olan bir dövrü ehtiva edən bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millət tək mövcudluğuna qədər inkişafı kimi misilsiz tarixi prosesi əhatələyir. Azərbaycan əsrlər boyu əxz etdiyi idarəetmə ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını nümayiş etdirib.

Respublikamız müstəqil dövlət olaraq mətinlə addımlayır, inkişaf edir, güclənir. Ulu Öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Bunun nəticəsidir ki, qazandığı uğurlarla Azərbaycan regionda aparıcı dövlətə çevrilib. Ötən 17 ilin real mənzərəsi də ondan ibarətdir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə kompleks inkişaf edib, regionun liderinə və kosmik klubun üzvünə çevrilib, beynəlxalq birlikdə yeri möhkəmlənib, vətəndaşların rifahı yüksəlib.

Heydər Əliyevin qurduğu, İlham Əliyevin daha da möhkəmləndirdiyi Azərbaycan öz tarixinin artıq elə bir mərhələsinə çatıb ki, bu gün respublikamızın təşəbbüsü ilə BMT kimi dünyanın ən mötəbər ali təşkilatının xüsusi sessiyası çağırılır. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin COVID-19-la bağlı BMT-nin xüsusi iclasının keçirilməsi barədə təşəbbüsünün qısa müddətdə 130-dan artıq ölkə tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq miqyasda söz sahibi kimi çıxış edən dövlətlərdən biri olmasının təsdiqidir. Eyni zamanda bu hadisə göstərir ki, Prezident İlham Əliyev qlobal siyasi arenada yüksək nüfuza malik liderlərdəndir. Onu da qeyd edim ki, indiyədək koronavirusla mübarizədə qlobal həmrəyliyə nail olmaq üçün ilk təşəbbüslər məhz Prezident İlham Əliyevdən gəlib. Beləliklə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərindən sonra yenə də İlham Əliyevin təşəbbüsü ilə bu dəfə BMT-nin xüsusi iclası keçirilir.

Hər kəsin birmənalı qəbul etdiyi reallıqlardan biri ondan ibarətdir ki, Prezident İlham Əliyevin müəllifliyi ilə bu gün Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin parlaq səhifələri yazılır. Heydər Əliyevin strateji inkişaf kursunu müasir mərhələyə uyğun zənginləşdirən dövlət rəhbərinin yürütdüyü məqsədyönlü siyasətin uğurları çağdaş Azərbaycanın şanlı tarixinə çevrilir. Azərbaycanın istər daxili inkişafla bağlı, istər regional və beynəlxalq müstəvidə qazandığı hər bir uğur təsdiq edir ki, Heydər Əliyevin ideyaları yaşayır, dövlətimizin inkişafına və qüdrətlənməsinə xidmət edir. Azərbaycan bundan sonra inkişaf yolu ilə inamla irəliləyəcək, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksələcək, qazandığı bütün nailiyyətlərinin miqyasını daha da artıracaq.

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM