Alternative content

02:26 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:14 15.08.2020 Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli832 nömrəli, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 11 noyabr tarixli 517 nömrəli, “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” 2007-ci il 27 iyul tarixli 2288 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2012-ci il 2 iyul tarixli 2320 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14 fevral tarixli 273 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
00:14 15.08.2020 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli 347 nömrəli, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli 569 nömrəli, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 26 yanvar tarixli 998 nömrəli, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli və “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 may tarixli 64 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
00:11 15.08.2020 BİLDİRİŞ
00:11 15.08.2020 BİLDİRİŞ
00:11 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tariximizin Heydər Əliyev dövrü
Tariximizin Heydər Əliyev dövrü
ANA SƏHİFƏ / SİYASƏT
00:54 14.07.2020

İyulun 14-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 51-ci ildönümü tamam olur. Məhz 1969-cu ilin bu tarixindən gələcəyin qüdrətli Azərbaycan dövlətinin, xalqımızın milli intibahının, sosial tərəqqisinin təməli qoyuldu. Həmin gündən indi barəsində qürur hissi ilə bəhs etdiyimiz Heydər Əliyev epoxası başladı.

Bəli, Ulu Öndərin Azərbaycana rəhbərliyə başladığı həmin gün dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah mərhələsinin başlanğıcı sayılır. Məhz həmin dövrdən respublikamızda başlanan siyasi kurs, həyata keçirilən işlər Azərbaycanda böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa yol açdı. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, qısa zaman kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə, o dövrlərdə digər respublikaların rəhbərlərinin cəsarət etmədiyi, addımlar atıldı. Heydər Əliyevin ölkənin inkişafı naminə təşəbbüsləri, ideyaları, novatorluğu, quruculuq əzmi o dövrün reallıqları ilə müqayisədə ölkədə cəsarətli bir inkişaf siyasətinin başlanması demək idi.

Heydər Əliyevin yüksək təşkilatçılığı, bacarığı, yorulmaz fəaliyyəti sayəsində Azərbaycanda iqtisadiyyatın bütün sahələrində vüsətli dəyişikliklər baş verdi və ölkəmiz ittifaq büdcəsindən dotasiya almadan yaşayan respublikalardan birinə çevrildi. O dövrdə yaradılan güclü iqtisadi potensial bu gün də müstəqil ölkəmizə xidmət edir.

Ulu Öndərin tarixi xidmətləri sayəsində xalqımızın mənəvi dəyərlərinin qorunmasına xidmət edən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun və özünüdərkin oyanışını şərtləndirdi. Bu baxımdan Ulu Öndərin sovet hakimiyəti dövründə Azərbaycana rəhbərliyini ölkəmizin milli-mənəvi yüksəliş mərhələsi kimi də xarakterizə etmək olar. Sözün bütün mənalarında həmin illərdə Azərbaycan xalqı özünə inamını bərpa etdi, manqurtlaşmaqdan, yad mədəniyyətlərin təsirindənn tam xilas oldu. Xalqın milli-mənəvi və mədəni dəyərləri özünə qaytarıldı. Və əlbəttə ki, bütün bunların hamısı Heydər Əliyevin sayəsində mümkün oldu. O zamanlar milli düşüncə sahibi olduqlarına görə təqib edilən ziyalıları ən çətin məqamlarda müdafiə etməyi qanı, canı, bütöv ruhu ilə milli köklərə bağlı olan Heydər Əliyev şəxsiyyəti üzərinə götürə bilərdi.

Tarixi reallıqlar təsdiqləyir ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş tariximizdə keyfiyyətcə yeni epoxanın, inkişaf mərhələsinin və ən əsası Azərbaycanı müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-80-ci illər respublikamızın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil oldu.

Bu gün öz intibahının yeni mərhələsini yaşayan Sumqayıtın da sovet hakimiyyəti dövründə inkişafı və nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Heydər Əliyevin böyük qayğısı sayəsində şəhər tarixinin ən əlamətdar səhifələri yazılıb. Sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmazdır. Ölkəmizə rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb. Ötən il şəhər statusu verilməsinin 70 yaşı tamam olan Sumqayıta məhz Ulu Öndər Heydər Əliyevin birinci dəfə ölkəmizə rəhbərliyi illərində yeni nəfəs verildi.

Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın görünür ki, ölkənin və xalqın ən çətin anlarında Heydər Əliyev ona bəslənilən ümidləri layiqincə doğrulda bilib. Təsadüfi deyil ki, sovet illərində olduğu kimi müstəqillik dövründə də məhz Heydər Əliyevin sayəsindən Azərbaycan bütün təbəddülatlardan xilas olmağı bacardı. Bu mənada ötən ay 27-ci ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü müasir tariximizə Heydər Əliyev epoxasının əlamətdar hadisələrindən biri kimi düşdü. Əgər Ulu Öndər 1993-cü ildə xalqın təkidli çağırışlarını qəbul etməsəydi, indi nə müstəqil dövlətimiz vardı, nə də firavan yaşayışımız. Heydər Əliyev hakimiyyətə qayıdandan müasir Azərbaycan dövlətçiliyini qurdu, yaşatdı. Ulu Öndər ağır döyüşlərin getdiyi cəbhə bölgələrinə, səngərlərə baş çəkirdi, hərbçilərin problemləri ilə yerindəcə tanış olurdu, respublikamızın bütün regionlarına, eləcə də xarici ölkələrə səfərlər edirdi, islahatlar aparırdı, yorulmadan çalışırdı. Bu tükənməz enerji, dərin siyasi təcrübə sayəsində yeni, müasir Azərbaycan dövləti quruldu.

Aradan ötən illər bizə Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə daha dərindən dərk etmək imkanı verir. Biz bu gün Azərbaycanın qürurverici yüksəlişindən söz açanda uğurlarımıza yol açan strategiyanın müəllifi olan Ulu Öndər Heydər Əliyevi ehtiramla anırıq. Azərbaycana ilk dəfə rəhbərliyə başlamasının 51-ci ildönümündə biz Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinə nəzər salır və bir daha görürük ki, tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan dövlətçiliyinin əsaslarının yaradılması, dövlət müstəqilliyimizin təmin olunması və yüksəlişi mərhələsidir.

Bu gün Heydər Əliyev öz ideyaları ilə, xalqımızın və dövlətimizin inkişafına xidmət edən siyasi kursunun davam etdirilməsi ilə milyonların qəlbində yaşayır. Ulu Öndərin müəllifi olduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən inamla həyata keçirilməsinin nəticəsi olaraq ötən 17 ildə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndirilib, respublikamız beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilib, ölkədə tarazlı və davamlı inkişaf təmin olunub.

Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı kimi Prezident İlham Əliyev bütün sahələrdə inkişafa nail olmaqla Azərbaycanı Ulu Öndərin müəyyən etdiyi hədəflərə çatdırır. Dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, Azərbaycanın regionun liderinə, dünya miqyasında isə söz sahibinə çevrilməsi bu siyasətin alternativsizliyini təsdiq edir.


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM