Alternative content

03:38 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:14 15.08.2020 Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli832 nömrəli, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 11 noyabr tarixli 517 nömrəli, “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” 2007-ci il 27 iyul tarixli 2288 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2012-ci il 2 iyul tarixli 2320 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14 fevral tarixli 273 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
00:14 15.08.2020 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli 347 nömrəli, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli 569 nömrəli, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 26 yanvar tarixli 998 nömrəli, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli və “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 may tarixli 64 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
00:11 15.08.2020 BİLDİRİŞ
00:11 15.08.2020 BİLDİRİŞ
00:11 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Karantin rejimi ilə bağlı qaydalar hər birimiz üçün əsas olmalıdır
Karantin rejimi ilə bağlı qaydalar hər birimiz üçün əsas olmalıdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:53 14.07.2020


Prezident İlham Əliyev: "Heç kim qanundan üstün deyil”


Həyata keçirilən çoxsaylı və çoxşaxəli tədbirlərə baxmayaraq, koronavirus pandemiyası bütün dünyanı dolaşmaqda və yeni faciələr gətirməkdədir. Tarix boyu pandemiyalardan əsasən az inkişaf etmiş ölkələr zərər çəkib. Lakin COVID-19 dünyanın ən güclü dövlətlərinə də zərbə endirib, həm minlərlə insanın həyatını yarımçıq qoyub, həm də sosial-iqtisadi sahəyə olduqca mənfi təsir göstərib. Azərbaycan dövləti ilk gündən pandemiyanın qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görüb. Vəziyyət bu gün də dövlətin, şəxsən Prezident İlham Əliyevin nəzarətindədir.

Prezidentimiz pandemiyanın əvvəlindən bəyan etdi ki, dövlətimiz üçün öncə Azərbaycan vətəndaşıdır, onun sağlamlığı və rifahıdır. Ötən aylarda bütün bunlar dönə-dönə öz təsdiqini tapıb. Ölkəmizdə insanlar hərtərəfli qayğı ilə əhatə olunublar. Bu, həm onların müalicəsinə, həm maddi güzəranına aiddir. İnsanlara, eləcə də mənəvi dəstək göstərilir, qocalar, tənhalar bir gün belə unudulmur.

Deyilənlərin hamısı hər kəsə məlum olan həqiqətdir. Yalnız onu xatırlatmaq kifayətdir ki, bu gün koronavirusa yoluxmuş vətəndaşlarımız ölkənin 45 xəstəxanasında müalicə alır. Son aylarda "Yeni klinika” kimi böyük tibb müəssisəsi, 6 modul xəstəxana istifadəyə verilib. Fevral ayında test aparmaq üçün ölkədə cəmi 6 laboratoriya olduğu halda, hazırda onların sayı 29-a çatıb. Daha 15 yeni laboratoriya sifariş edilib. İndiyə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir. Unutmayaq ki, dünyanın bir sıra öz nailiyyətləri ilə öyünən ölkəsində xəstələr lazımi müalicə və qayğı ilə əhatə oluna bilmirlər, bəzi hallarda hətta taleyin ümidinə buraxılırlar.

Müdrik Azərbaycan xalqı həmişə olduğu kimi, yenə də öz dövləti və Prezidenti ilə birlikdədir. Təsadüfi deyil ki, pandemiya ilə mübarizədə "Gücümüz birlikdədir!” sözləri şüarımıza, amalımıza çevrilib.

Lakin çox təəssüf ki, bəzi insanlar nədənsə vətəndaş həmrəyliyi nümayiş etdirmirlər. Onlar xəstəlikdən qorunmaq üçün, özləri də yoluxmamaq və başqalarını da yoluxdurmamaq üçün qoyulan qaydalara əməl etmirlər. Bəziləri özlərini çox biganə apararaq pandemiyaya inanmadıqlarını söyləyirlər. Bəziləri də sinələrinə döyərək deyirlər ki, korona məni tutmaz. Bəlkə də belə deyənlərdən kimsə doğrudan da təsadüfən yoluxmaya bilər. Amma ifadəyə görə üzr istəyib deyərdik ki, belələrinin təcili surətdə psixika ilə bağlı xəstəliklərdən müalicəyə ehtiyacı var. Əks halda onlar dünyanı bürüyən pandemiyanı necə inkar edə bilərlər? Bu, ilk növbədə, koronavirusdan dünyasını dəyişən, hazırda ondan əziyyət çəkən qardaş və bacılarımıza, onların həyatı uğrunda mübarizə aparan həkimlərə, bütün xalqa hörmətsizlikdir.

Hamıdan dəfələrlə xahiş olunub ki, gigiyenik qaydalara əməl etsinlər, maska taxsınlar və sosial məsafə saxlasınlar. Əksəriyyət bu qaydalara riayət etsə də, burada da istisnalar yox deyil.

1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak edərkən dövlət başçısı bu barədə demişdir: "Ancaq son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə bu həftənin əvvəlindən Bakı şəhərində və bir neçə digər şəhərlərdə daha da sərt karantin rejimi tətbiq edilir. Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək”.

Lakin tələblərə, ictimai qınağa, hətta cərimələrə belə baxmayaraq, bəzi insanlar, o cümlədən gənclər yenə də laqeydlik və eqoistlik edərək qaydalara tabe olmurlar. Sərt karantin günlərində evin damına çıxıb kabab çəkənlərin, məşhur bir hoteldə "sığınacaq” tapıb şənlənənlərin hərəkətinə nə ad vermək olar?

Bugünlərdə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında dövlət başçısı 3 televiziya kanalının jurnalistlərinin suallarını cavablandırarkən qoyulmuş qaydaların bəzi insanlar tərəfindən pozulması mövzusuna yenə də toxunmuşdur: "Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar... Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq”.

Hər bir insanın kimliyi - hansı məqsədə-mərama xidmət etdiyi, daxili dünyası, nəyə qadir olduğu çətin gündə üzə çıxır. Əsl vətəndaşın dövlətinə, xalqına münasibəti də bu vaxt bəlli olur. Pandemiyanın ölkənin iqtisadiyyatına mənfi təsirindən, neftin qiymətinin aşağı düşməsindən sevinənlər, görəsən, özlərini vətəndaşmı sayırlar? Prezidentimiz onların əsl adını demişdir, onları haqlı olaraq düşmən adlandırmışdır. Özünü müxalifət adlandıran həmin antimilli şura dövlət başçısından olduqca tutarlı cavab almışdır: "Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM