13 Iyul 2020 21:05
327
SİYASƏT
A- A+

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində Ermənistanın təxribatını pisləyən yazılar dərc olunub

 
İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində, o cümlədən nüfuzlu "İl Giornale” qəzetinin "İnside Over İtalia” analitik-xəbər portalı, "Askanews”, "Agenzia Nova”, "Yahoo Notizie”, "Finanze Yahoo”, "Notizie Geopolitiche”, "TGCom24Mediaset”, "European Affairs”, "EurosiaNews”, "Giornale Diplomatico” kimi qəzet, xəbər agentliyi və analitik-informasiya portalları Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarına dair yazılar dərc ediblər.

AZƏRTAC xəbər verir ki, yazılarda Azərbaycanın İtaliyadakı Səfirliyinin mətbuata açıqlaması əsasında Ermənistanın təxribatları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin müvafiq mətbuat bəyanatlarına istinadən fikirlər əksini tapıb.

Eləcə də İtaliyanın nüfuzlu parlamentarları Senatın Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, senator Vito Petroçelli, İtaliyanın ATƏT Parlament Assambleyası yanında Nümayəndə Heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldi, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldinin mövzu ilə bağlı bəyanatlarına istinad edilir. Yazılarda parlamentarilərin bəyanatlarında Ermənistanın təxribatlarını pislədikləri, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin vacibliyini bildirdikləri, eyni zamanda İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinin "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxşaxəli Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də əks olunduğunu vurğuladıqları və İtaliya hökumətinə münaqişənin nizamlanması üçün təcili tədbirlər görmək üçün müraciət etdikləri qeyd olunur.

Məqalələrdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin də açıqlamalarına yer verilir. Diplomat Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan tərəfinin son təxribatları barədə məlumat verərək, dünya ictimaiyyətinin, o cümlədən İtaliyanın Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və son hərbi təxribatlarını pislənməsinin vacibliyini bildirir, İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin cari ilin fevral ayının 20-də Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri vaxtı imzalanmış "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxşaxəli Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də əks olunduğunu, həmin sənəddə tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verməsinin, beynəlxalq münasibətlərdə təcavüz aktının qəbuledilməzliyinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı, BMT və ATƏT-in müvafiq sənəd və qərarları əsasında nizamlanmasının qeyd olunduğunu vurğulayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video